Muzey işçilərinin assosiasiyası yaradılacaq
Tarix: 19.07.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


İyulun 19-da Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda Bakı şəhəri və regionlardakı tarix-diyarşünaslıq muzeylərinin nümayəndələri iştirak ediblər. Tədbirdə yaradılacaq assosiasiyanın strukturunun, məqsəd və vəzifələrinin, fəaliyyət formalarının, idarə heyətinin üzvlərinin müəyyən olunması istiqamətində müzakirələr aparılıb, verilən təkliflər Mədəniyyət Nazirliyinə təqdim olunub.
Assosiasiyanın yaradılmasında əsas məqsəd muzey işinin inkişafına geniş yardım funksiyalarını həyata keçirmək üçün mədəni, təhsil və elmi istiqamətin, muzey işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi və muzeylərin sosial təyinatının təmin edilməsi, koordinasiya fəaliyyətinin ictimai tələbatının ödənilməsi, eləcə də onların ümumi əmlak və qeyri-əmlak mənafelərinin qorunması istiqamətində fəaliyyətin əlaqələndirilməsidir.
Tədbir çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşlarının “Muzeylərdə marketinq işinin təşkili”, “Muzey işində informasiya texnologiyaları: virtual eksponatlar, internet kataloqlar”, “Məhdud fiziki imkanlı şəxslərin sosial mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu” adlı metodiki tövsiyələrin təqdimatı keçirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info