«ArmenianReport»: ”Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın suverenliyinə təhlükədir”
Tarix: 19.07.2018 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


«Bəli, rus əsgərlərinin Panik kəndindəki yerli əhalini qorxuya məruz qoymasını planlaşdırılmış bir addım, təsadüfi bir hal kimi təxmin etmək lazım deyil. Bu, daha çox qlobal şəkildə Paşinyan hökumətini qorxutmağa hesablanmış bir plandır.» Bu fikirləri ermənilərin «ArmenianReport» saytı yazıb. Saytın yazdığına görə, Gümrüdə yerləşdirilən rus hərbi bazası hərbçilərinin hərəkətləri bir daha erməni cəmiyyətinin ciddi qıcıq və qəzəbinə səbəb olub.
Qeyd edək ki, ötən gün bir qrup rus hərbçisinin Panik kəndinin inzibati ərazisində havaya atəş açması, sən demə, yerli hakimiyyət orqanlarından icazəsiz həyata keçirilib. Erməni saytının yazdığına görə, rus əsgərlərinin «yersiz hərəkəti» (hərçənd ki, atılan güllələr boş olsa belə), kəndə böyük şok yaşadıb. Sayta görə, atılan güllələr boş olsa da, bu, rus əsgərlərinin hərəkətinə heç cürə haqq qazandırmır.
Haşiyə çıxaraq qeyd edək ki, ermənilərin yaşadığı Panik kəndi Rusiyanın Ermənistanda yerləşən 102-ci bazasının bir addımlığındadır. Rus əsgərlərinin bu ərazilərdə silah səsilə müşahidə edilən hərbi təlimləri adi haldır. Yəni artıq burada yaşayan ermənilər bu atəş səslərinə öyrəncəli olublar. Bununla belə, onların son olayla bağlı hay-həşir qaldırması, bir az qəribə görünür. Daha maraqlısı isə «yerli əhalinin» bu olayla bağlı Ermənistanın Müdafiə Nazirliyini passiv fəaliyyətdə ittiham etmələridir. Təbii ki, sual yaranır, axı Ermənistanın Müdafiə Nazirliyi nə edə bilər? Bu mənada «qəzəblənmiş erməni cəmiyyətinin ölkə səlahiyyətlilərindən rus hərbi bazasının rəhbərliyinə cavab vermək üçün ən sərt tədbirlərə əl atmasının tələb olunması» da gülüc görünür.
Sayt, bu «qorxu yarada bilən təxribatın» ölkənin xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirməyə başlayan Paşinyan hökumətinə qarşı hesablandığını iddia edir: «Yeni hökumətin son addımlarından narazı qalan Moskvanın bu hərəkəti Paşinyan və onun ətrafına qarşı təzyiq üsullarından biridir». Sayt daha sonra yazır: «Prinsipcə, son illərdə bu baza təkcə erməni cəmiyyəti üçün deyil, həm də erməni-rus münasibətləri üçün mütəmadi olaraq şüurlu surətdə cinayətkar hadisələr törədir. Biz bunun bariz nümunəsini ötən gün də gördük. Ona görə də bu gün əminliklə deyə bilərik ki, Rusiyanın Gümrüdəki hərbi bazası və ümumiyyətlə, Rusiyanın Ermənistandakı hərbi varlığı bizim ölkəmizdəki sabitliyi pozmağa hesablanıb. Hərçənd ki, 1990-cı illərdən bəri bu baza bizi «ətraf təhlükədən qorumaq» kimi əsaslandırılırdısa, bu gün artıq Rusiyanın hərbi bazası Ermənistanın müstəqilliyinə və suverenliyinə daha çox təhlükə yaradır. Bu gün Rusiyanın Gümrüdəki son hərəkətləri Paşinyan hökumətini Kremlin qarşısında rus qoşunlarının Ermənistandan çıxarılması tələbini qoymağa məcbur edir. Doğrudan da, bu gün Ermənistanın rus bazasını öz ərazisində yerləşdirməyə nə ehtiyac var? Bununla yanaşı, bu bizim həm NATO-ya, həm də Qərblə münasibətlərimizin inkişafına mane olur. Axı bu gün hamıya məlumdur ki, Ermənistandakı rus ordusu Ermənistana yox, Rusiyanın regiondakı maraqlarına xidmət edir. Bunu son zamanlar Rusiyanın yüksək çinli səlahiyyətliləri də etiraf edirlər. Ona görə də, artıq sabiq hakimiyyətin səhvlərini təkrar etməyərək rus hərbi personalının bizim ərazilərimizdən çıxmasını tələb etməli və onlarsız da özümüzü qoruya biləcəyimizə əminlik yaratmalıyıq». Təbii ki, necə deyirlər, «avazın yaxşı gəlir…». Bu arada «Jamanak» nəşrində yer alan aşağıdakı fikirlə qarşılaşdım. Beləliklə, erməni əsgərlərinin normal qidalanmadıqları barədə məlumat yayan nəşr yazır: «Əslində, bir neçə günlük döyüş mövqeyində olan hərbi qulluqçular qidalanmaqdan çox əziyyət çəkirlər. Buna görə döyüş mövqeyinə gedən hər bir əsgər qida və siqaret almaq üçün evdən - valideynlərindən pul tələb edir». Bir dövlət ki, əsgərini ərzaqla təmin edə bilmir, onun hansısa böyük dövlətə “meydan oxuması” gülməli görünür.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info