Suraxanıda müsabiqə qalibləri mükafatlandırılıblar
Tarix: 20.07.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Suraxanı rayon Heydər Əliyev Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİVDF) Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili Ağacan Əbiyev, İcra Hakimiyyətinin məsul şəxsləri, ölkənin aparıcı media orqanlarının baş redaktorları, qalib jurnalistlər iştirak ediblər. Görüşdən öncə qonaqlar rayonda Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. İlqar Abbasov qonaqları salamlayaraq milli mətbuata Heydər Əliyevin qayğısından söz açaraq bu gün dövlət dəstəyinin Prezident tərəfindən davam etdirildiyini söyləyib. Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu müsabiqənin Suraxanı Rayon İcra Hakimiyyəti ilə Fondun birgə təşkil etdiyi sayca üçüncü fərdi yazı müsabiqəsi olduğunu diqqətə çatdırıb. Vüqar Səfərli milli mətbuatın keçdiyi tarixi yoldan, müstəqillik dövründə mətbuatın yaşadığı çətinliklərdən, Heydər Əliyevin qayğısından söz açıb. Fondun icraçı direktoru bu gün də ölkə başçısının mətbuata qayğısının davam etdiyini, jurnalistlərə fəxri adlar verildiyini, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün iki bina inşa edildiyini, üçüncü binanın tikintisinin davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. V. Səfərli müsabiqə barədə məlumat verərək bildirib ki, "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda keçirilən müsabiqə martın 14-dən aprelin 30-dək davam etdirilib: “Müsabiqənin keçirilməsinin məqsədi Suraxanı rayonunun sosial-ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılması, peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqəyə 22 KİV-dən 35 yazı təqdim olunub. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilibdir. Müsabiqədə 6 nəfər əsas, 15 nəfər həvəsləndirici mükafata layiq görülübdür. Müsabiqənin şərtlərinə əsasən 1 yer üçün 1 nəfər olmaqla min manat, 2 yer üçün iki nəfər olmaqla səkkiz yüz manat, 3 yer üçün üç nəfər olmaqla altı yüz manat mükafat nəzərdə tutulub. Bundan əlavə, 15 nəfər jurnalistin hər biri 200 manat məbləğində həvəsləndirici mükafatlara layiq görülüb ki, bu yerlərin beşi sonradan ayrılıb”. V. Səfərli, bəzən Fondun rayon icra hakimiyyətləri ilə birgə keçirdiyi müsabiqələrə təqdim edilən müsabiqələrə internetdən köçürülmüş materialların təqdim edildiyini, bu faktların ekspertlər tərəfindən üzə çıxarıldığını qeyd edib. Tədbir çıxışlarla davam edib. Suraxanı rayonunun deputatı Ağacan Əbiyev çıxışında azad mətbuatın milli inkişafın əsas katalizatoru olduğunu söyləyib. Sonda qalib jurnalistlərə mükafatlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info