“İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir”
Tarix: 20.07.2018 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir.” Bu sözləri İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi deyib. O, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bildirib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən, neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir və İtaliya tərəfdaş ölkələrdə enerji sahəsində həyata keçirdiyi layihələri davam etdirmək niyyətindədir: “İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir və biz Azərbaycanın birinci müştərisiyik”. M.Ceraçi son 10 ildə ölkəsinin bərpa olunan enerji sahəsindəki uğurlarından, həyata keçirdiyi layihələrdən danışaraq ölkəsinin elektrik enerjisinin 43 faizini alternativ mənbələr hesabına əldə etdiyini diqqətə çatdırıb. Bu sahədəki təcrübəsini Azərbaycanda bölüşməyə hazır olduğunu bildirən qonaq enerji effektivliyinin artırılması, enerjidən qənaətli istifadə sahəsində İtaliya şirkətlərinin Azərbaycana dəstək olacağını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info