Ağır sənayedə idxalı əvəzlənə bilən məhsulların yekun siyahısı hazırlanıb
Tarix: 20.07.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə ümumi icra səviyyəsi 68 faizdir. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 44 faizinin icrası tamamlanıb, 47 faizi qismən icra edilib və 9 faizi isə icra edilməyib. Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı Faiq Qasımlı deyib. "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" üzrə monitorinq və qiymətləndirmə barədə məlumat verən Faiq Qasımlı bildirib ki, adıçəkilən Strateji Yol Xəritəsi üzrə icra səviyyəsi ölkədə Prezidentin rəhbərliyi ilə aparılan sənayeləşmə siyasətinin uğurla davam etdiyini bir daha göstərib. Bu ilin ilk yarısında qeyri-neft sənayesinin 8,8 faiz artımı bunun əyani sübutudur. Diqqətə çatdırılıb ki, 2017-ci il ərzində ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin ilk hədəfi – mövcud aktivlərin optimallaşdırılması üzrə tam icra 52 faiz, qismən icra 48 faiz səviyyəsində təmin olunub. Bu hədəf üzrə məhsuldarlığın və səmərəliliyin artırılması, enerjidən istifadədə optimal səmərəliliyə nail olunması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. "Qənaətli istehsal metodları", "Qənaətli İstehsal Sisteminin alətləri", "Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması metodologiyası", "KOS (kiçik və orta sahibkarlıq) subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması metodologiyası" hazırlanıb. Bundan əlavə, metallurgiya, maşınqayırma və avtomobilqayırma sahələrində 3 müəssisə pilot model müəssisə kimi seçilib. Enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Sutkanın müxtəlif saatlarında elektrik enerjisindən istifadəyə dair region ölkələrinin təcrübəsi araşdırılaraq müvafiq statistik hesabat hazırlanıb. Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması məqsədilə dövlət müəssisələrinin və təbii ehtiyatların (resursların) siyahısı tərtib edilib. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində ikinci hədəf – Rəqabətədavamlı sektorun yaradılması üzrə icra səviyyəsi belə olub: 36 faiz tam icra, 44 faiz qismən icra və 20 faiz icra edilməyib. Daxili istehsal imkanları və regional tələbat nəzərə alınmaqla ölkəmizdə həm istehsal potensialı, həm də regional idxal tələbatı yüksək olan məhsullar üzrə region ölkələrinin bazarları, əsas ticarət göstəricilərindən istifadə edilməklə araşdırılaraq bir sıra təhlillər aparılıb, region ölkələrinin bazarlarında idxal tələbatı yüksək olan məhsullar müəyyən edilib. Bundan əlavə, müvafiq məhsulların ölkə daxilində istehsal potensialını və ixrac imkanlarını daha yaxşı müəyyənləşdirmək üçün rəqabətqabliyyətli məhsullar üzrə müəyyən araşdırmalar aparılıb. İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, ağır sənaye və maşınqayırma sənayesində idxalı əvəzlənə bilən məhsulların yekun siyahısı hazırlanıb. Dağ-mədən sənayesində xidmətlərin təşviqi məqsədilə ölkədə dağ-mədən sektorunda fəaliyyət göstərən yerli müəssisələr və həmin müəssisələrin təklif etdikləri xidmətlər müəyyənləşdirilərək siyahılar hazırlanıb. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində üçüncü hədəf - Maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi üzrə tam icra 45 faiz, qismən icra 50 faiz olub, cəmi 5 faiz tədbir icra edilməyib. İnvestisiya məlumat bankının (portal) yaradılması məqsədilə fəaliyyətlər həyata keçirilib. "Doing Business" və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilib. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair təkliflər hazırlanıb. Korporativ idarəetmə standartlarının tətbiqi üzrə beynəlxalq təcrübə araşdırılıb, sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və korporativ idarəetmə səviyyələrinin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri və sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması qaydalarının ilkin layihəsi hazırlanıb. Milli brendlərin yaradılması sahəsində həyata keçirilmiş araşdırmalar nəticəsində brend indeksinin yaradılmasına dair konseptual təklif hazırlanıb. Bundan əlavə, "Made in Azerbaijan" brendinin inkişafına və milli brendlərin yaradılmasının təşviq edilməsinə həsr olunmuş birinci "Marketinq Sammiti" keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Tarif (qiymət) Şurası "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində" 2017-ci ildə nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 83 və 81 faiz yerinə yetiriblər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Energetika Nazirliyi 75 faiz, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi müvafiq olaraq 67 və 63 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası 50 faizlik icra göstəricilərinə malikdirlər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info