Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir
Tarix: 20.07.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Bakıda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclası işə başlayıb.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, iclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi, MDBölkələrinin daxili işlər nazirliklərinin əməkdaşlığının aktual istiqamətləri, eləcə də beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrin ərazisində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı informasiya mübadiləsi, MDB ölkələri DİN orqanlarının Birlik ölkələri ərazisində müasir informasiya texnologiyaları sahəsində törədilən yeni cinayət növlərinə qarşı mübarizə üzrə koordinasiya mexanizmi bazasının təkmilləşdirilməsi məsələlərinin nəzərdən keçiriləcəyi planlaşdırılır.
 
İclasın gedişatında təşkilata sədrlik Azərbaycana keçəcək.
 
İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin avtonəqliyyat vasitələrinin oğurluğuna qarşı mübarizə və 2005-ci il noyabrın 25-dən onların geri qaytarılmasının təmin edilməsi üzrə əməkdaşlığı haqqında sazişə dəyişikliklər edilməsi barədə protokolun imzalanması da daxildir. 
 
Qeyd edək ki, iclas iyulun 21-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info