“Azərişıq” Qızılağac aqroparkın elektrik təchizatı üçün yarımstansiyalar inşa edib
Tarix: 20.07.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC bu ilin yanvar-iyun ayları ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib.
 
“Azərişıq”dan verilən məlumata görə, respublikanın bütün istehlakçılarını keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işlər həyata keçirilib.
 
Bakı şəhəri üzrə Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq “Bakıxanov” yarımstansiyasında yenidənqurma işləri aparılıb. Yarımstansiyada yeni 35 və 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub. 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilib.
 
Xəzər rayonu Şağan qəsəbəsində inşa edilmiş 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunub.
 
Bundan başqa Abşeron rayonu Güzdək qəsəbəsində 10 kV-luq paylayıcı qurğu inşa edilib. “Ağ Şəhər” layihəsi çərçivəsində 110/35/10 kV-luq 2x50 MVA gücündə “Ağ Şəhər-2” yarımstansiyasında elektrik quraşdırma işləri aparılır. “Ağ Şəhər-1” və “Ağ Şəhər-2” yarımstansiyaları arasında 13500 metr uzunluğunda 110 kV-luq iki dövrəli kabel xətləri çəkilib, 35/0,4 kV-luq transformator məntəqəsi inşa edilir. Regionlar üzrə də əhalinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Qəbələ”, İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə “İsmayıllı”, 110/35/10 kV-luq 10 MVA gücündə “Topçu”, Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağdaş”, Ağcabədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağcabədi-2”, Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Cavad”, Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5  MVA gücündə “Cəlilabad”, Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə “Lənkəran-2”, Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Tərtər”, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə “Baxışlı”, Sabirabad rayonunda 35/10 kV-luq 2x4 MVA gücündə “Azadakənd” yarımstansiyaları inşa edilib.
 
Yeni istehsal sahələrinə həssaslıqla yanaşan “Azərişıq” Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik kompleksinin, Salyan rayonunda Qızılağac aqroparkın elektrik təchizatı üçün 35/0,4 kV-luq yarımstansiyalar inşa edilərək istismara verib. 
 
Hesabat  dövründə Bakı şəhəri üzrə 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 4 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 5 ədəd yarımstansiyada cari təmir işləri aparılmışdır. Regionlarda 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 9 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 49 ədəd yarımstansiyada cari təmir işləri yerinə yetirilib.
 
Eletrik enrjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.  14,4 km 110 kV-luq, 30,4 km 35 kV-luq, 242,9 km 6-10 kV-luq, 516,6 km 0,4 kV-luq kabel xətləri çəkilib. miş, 33 km 35 kV-luq, 604,8 km 6-10 kV-luq, 2417,1 km ÖİN 0,4 kV-luq hava xətləri, 12,1 km 0,4 kV-luq hava xətləri  çəkilmiş və təmir olunub və  79 831 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.
 
Bu ilin iyunun 28-dək 27 ədəd 110 kV-luq, 131 ədəd 35 kV-luq, 1360 ədəd 6 və 10 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 60 km 110 kV-luq, 395 km 35 kV-luq, 914 km 6 və 10 kV-luq 2500 km-dən artıq 0,4 kV-luq elektrik veriliş xətlərində texniki vəziyyətinin yoxlanılması təmin olunub. müəyyən edilmiş nasazlıqların aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb və 236 ədəd 6-10 kV-luq, 19 ədəd 35 kV-luq transformator əsaslı təmir edilib.
 
Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb. Bu işlər 52 rayonunun 80 kəndində artıq yekunlaşıb. Bu məqsədlə 15661 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətləri həyətyanı sahələrdən çölə çıxarılıb.  27942 ədəd 0,4 kV-luq dayaq, 1029 km-dən çox ÖİN xətləri çəkilib. 
 
Bu il fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyev  Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Dəliməmmədli” və 110/35/10 kV-luq 2x40 MVA gücündə “Kürəkçay” yarımstansiyalarının  açılışında iştirak edib. Mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində təhlil edilməsi, sayğacların oxunması, yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin monitorinqinin aparılması mümkün olacaq.
 
Hazırda “Azərişıq” ASC tərəfindən “Asan Xidmət” mərkəzləri vasitəsi ilə abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrdə texniki xidmətin göstərilməsi və s.  xidmətlər daxil 13 növ xidmət göstərilir.
 
Respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq”  ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info