Jurnalistlər üçün press-tur təşkil edilib
Tarix: 20.07.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Milli Mətbuatın 143 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Turizm Agentliyi jurnalistlər üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna press-tur təşkil edib.
AZƏRTAC xəbər verir ki, məbədlə tanışlıq zamanı jurnalistlərə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.
Diqqətə çatdırılıb ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Məlumat verilib ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.
Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlər qarşısında çıxış edərək deyib ki, hazırda ölkəmizdə yeni turizm sənayesi yüksələn xətlə inkişaf edir. Bildirib ki, strateji istiqamətlərdən biri kimi, Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi əsas prioritet sahə hesab edilir.
Turizmin qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olduğunu söyləyən F.Nağıyev , Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində bu sahənin mühüm yer tutduğunu diqqətə çatdırıb, ötən illər ərzində görülən işlərdən danışıb. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısından bəhs edən natiq Dövlət Turizm Agentliyinin bu sənayenin daha da inkişaf etdirilməsi üçün bütün qüvvəsini səfərbər edəcəyini vurğulayıb.
Fuad Nağıyev deyib: “Ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ölkə rəhbərliyinin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi qurumun başlıca hədəflərindəndir və inanırıq ki, bu istiqamətdə fəaliyyətimiz öz bəhrəsini verəcək”.
Sonra Dövlət Turizm Agentliyi tərəfindən jurnalistlərə diplom və hədiyyələr təqdim edilib. Diplom alanlar sırasında AZƏRTAC-ın müxbiri də var.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info