“Jurnalistlər üçün əlverişli yaradıcılıq mühiti formalaşdırılıb”
Tarix: 20.07.2018 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov 22 iyul-Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib. Təbrikdə deyilir:

Hörmətli media nümayəndələri!
Hamınızı 22 İyul-Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, müqəddəs və şərəfli, eyni zamanda çətin və məsuliyyətli peşə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.  İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümü tamam olur. Mətbuat cəmiyyət həyatının güzgüsüdür. Media cəmiyyətin məlumatlandırılması, maarifləndirilməsi baxımından əvəzsiz rol oynayır. Siyasi-ideoloji fəaliyyət sahəsi olan media cəmiyyətdə ictimai rəyi formalaşdırır, ictimai nəzarət funksiyasını həyata keçirir. 143 il bundan öncə xalqımızın böyük oğlu, görkəmli mütəfəkkiri Həsən bəy Zərdabinin Qafqazın ilk müsəlman-türk qəzeti olan “Əkinçi” qəzeti ilə əsasını qoyduğu və sonralar digər vətənpərvər ziyalılarımızın inkişaf etdirdikləri Azərbaycan milli mətbuatı doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsində, intellektual potensialımızın formalaşmasında, zəngin mədəni irsimizin, yüksək milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin qorunub-saxlanılmasında və təbliğ edilməsində misilsiz xidmətlər göstərib. 
Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, senzura ləğv olunub, Azərbaycan Mətbuat Şurası yaradılıb. Bu gün milli mətbuatımız Azərbaycanda və dünyada baş verən ictimai-siyasi hadisələrin cəmiyyətimizə obyektiv çatdırılmasında, xalqımızın maarifləndirilməsində, ictimai rəyin düzgün formalaşmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayır. 
Xüsusi qeyd etmək istəyirəm ki, son illər Prezident İlham Əliyevin mediaya yüksək diqqət və qayğısı sayəsində bu sahənin maddi–texniki bazası daha da gücləndirilib, jurnalistlər üçün əlverişli yaradıcılıq mühiti formalaşdırılıb, onların peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Ölkəmizdə mediaya diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Azərbaycan Mətbuat Şurasının müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsi, jurnalistlərin sosial və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün yaşayış binalarının inşa edilməsi, kütləvi informasiya vasitələrinə dövlət tərəfindən maddi-texniki dəstəyin göstərilməsi, mütəmadi olaraq qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması və digər tədbirlər mediamızın hərtərəfli inkişafına əlverişli şərait yaradır. Eyni zamanda peşəkarlığı, obyektivliyi, Vətənə, xalqa, dövlətə, dövlətçiliyə vicdanlı və fədakar xidmətləri ilə fərqlənən qələm sahiblərinin fəxri adlara və digər yüksək dövlət mükafatlarına layiq görülmələri üçün ardıcıl addımlar atılır. Həyata keçirilən mütərəqqi siyasət nəticəsində Azərbaycanda demokratik cəmiyyətin vacib amilləri olan siyasi plüralizm, söz və ifadə azadlığı tam təmin olunub. Mediamız qloballaşan dünyamızın yeni çağırışlarına uyğun inkişaf edir. Azərbaycan mediası dünya informasiya məkanına uğurla inteqrasiya edir. İnanıram ki, mediamızın rəhbərlik etdiyim Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı bundan sonra daha da genişlənəcək, bu ali təhsil müəssisəsinin inkişaf dinamikası mətbuatda geniş və dolğun şəkildə öz əksini tapacaq.  Sizi bir daha 22 İyul-Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, böyük uğurlar arzulayıram.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info