“Həsən bəy Zərdabinin ideyaları artıq həyata keçib”
Tarix: 20.07.2018 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin ölkənin aparıcı media orqanlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı. Sonra “Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyuldu, xatirəsi ehtiramla anıldı. Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov bildirdi ki, H.Zərdabinin təsisçisi olduğu "Əkinçi" qəzeti bizə milli kimliyimizi qaytarıb: "Əkinçi" qəzeti iki il fəaliyyət göstərdi. Bu iki ildə Azərbaycan xalqının həyata keçirəcəyi bütün məsələlərin əsasını qoydu. "Əkinçi" qəzeti xalqa yol göstərdi, milli şüurumuzu ayıltdı, milli kimliyimizi bizə göstərdi. "Əkinçi" qəzeti bizə dünyada hansı istiqamətdə gedəcəyimizi göstərdi. "Əkinçi"dən doğan işıq sovet dövründə daha da gur parladı. Azərbaycan dilinin saflığında Azərbaycan mediası mühüm rol oynadı. Ötən əsrin sonlarında xalqımızın növbəti dəfə müstəqillik əldə etməsində Azərbaycan mətbuatı üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Azərbaycan mətbuatı həmişə xalqın yanında olub".
Millət vəkili vurğuladı ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".
Ə.Amaşov dedi ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Azərbaycanın imicinin formalaşdırılmasında bu gün mediamız ən aktiv demokratik institutlardan biridir".
O əlavə etdi ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Azərbaycan jurnalistikası həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".
KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirdi ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür: "O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib. Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, müstəqil qəzetləri olsun, insanlar maariflənsinlər. Həsən bəy xeyirxah, maarifçi şəxsiyyət idi. Onun istəyi gənclərin, xalqın maariflənməsi idi.  Bu gün bizim müstəqil, güclü dövlətimiz, müstəqil mediamız var. Azərbaycanda təhsil inkişaf edir. Bu gün biz fəxr edirik ki, Azərbaycan gəncləri xarici ölkələrdəki bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb Vətənə dönürlər. Əlbəttə, Həsən bəyin də istədiyi bunlar idi. Bu gün mediamıza dövlət qayğısı var. Siz də bilirsiniz ki, Həsən bəy nə qiymətli əşyaları vardısa, sataraq qəzetinin çapına yönəltmişdi. Sonda maliyyə çətinliyi üzündən qəzet bağlandı. Bu gün isə qəzetlərimizə dövlət dəstəyi var. Çap mediasının üzərini qara buludlar alsa da, dövlətimiz, onun başçısı İlham Əliyevin qayğısı mediamızın üzərindədir. Bu gün biz o qayğını hiss edirik. Həsən bəyin ideyaları artıq həyata keçib".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info