Biləsuvarda Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 20.07.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


20 iyul 2018-ci il tarixdə Biləsuvar rayonunda milli mətbuatımızın yaranmasının 143 illiyinə həsr olunmuş tədbir keçirilib. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoyublar. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova, rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, rayonun “Məhsul” və “Region-press” qəzetlərinin əməkdaşları və ziyalılar iştirak ediblər. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova çıxış edərək milli mətbuatımızın yaranmasının 143-cü ili münasibətilə media mənsublarını təbrik edib və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edərək müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək qiymətləndirib. L.Yüzbaşova bildirib ki, bu gün ölkəmizdə mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamlarla jurnalistlərin mənzil şəraitləri daima yaxşılaşdırılır, respublikamızda fəaliyyət göstərən media orqanları müvafiq maliyyə vəsaitləri ilə təmin olunurlar. Rayonumuzda da fəaliyyət göstərən mətbu orqanların çətinlikləri aradan qaldırılır və müvafiq köməkliklər edilir.
Sonra rayon “Məhsul” qəzetinin baş redaktoru Q.Bağırov, rayon ağsaqqalı A.Kazımov, rayon Gənclər və İdman idarəsinin rəisi A.Bağırov və digərləri çıxış edərək müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün də ölkə Prezidenti tərəfindən bu siyasət uğurla davam etdirilir, respublikamızda Milli Mətbuatın inkişafı və bu sahədə çalışanların əməyi daima qiymətləndirilir. Tədbirdə bir qrup mətbuat işçisinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub və tədbir çay süfrəsi arxasında davam etdirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info