«1in.am» ”Moskva İrəvana qarşı açıq şantaja keçib”
Tarix: 20.07.2018 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


“Ermənistanı «Ukrayna ssenarisi» ilə üzləşəcəyi ilə təhdid edirlər”

«Rusiya artıq açıq şəkildə Ermənistana qarşı şantaja keçib. Belə ki, Moskva indi də Nikol Paşinyanı "Ukrayna ssenarisi" ilə təhdid edir, Ermənistanı Ukraynanın əkiz bacısı kimi təqdim edir. Bütün bunlar bizim üçün çox kədərlidir. Kədərlidir ona görə ki, biz dünənə qədər Moskvaya böyük «sadiqlik» nümayiş etdirmişik. Ən azından bu sadiqlik digər müstəqil Qafqaz respublikalarındakından çox olub». Bu sətirlər ermənilərin «1in.am» saytından götürülüb. Ötən gün Ermənistan, daha dəqiq Paşinyanın Brüssel səfəri ilə bağlı «Lenta.ru» saytında yer alan yazıya, bir növ «erməni mövqeyi» nümayiş etdirilib.
Ermənistanın , guya bundan sonra Moskva ilə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri barədə düşünmək məcburiyyətində qalacağını yazan erməni saytının bu fikrini, elə bir «yenilik» kimi də, qəbul etmək düzgün olmazdı. Çünki bu fikirlər, ilk olaraq «Lenta.ru» saytında yer alan yazı müəllifinin, yəni Moskvanın mövqeyi kimi bildirilib. Ona görə də, İrəvanın belə bir «iddia» ilə çıxış etməsi, sadəcə, «şou» təsiri bağışlayır. Maraqlıdır, məqsəd nədir? Ermənilər, hər vəchlə, Paşinyanın, KTMT üzvü olan yeganə ölkə rəhbərinin NATO-nun zirvə toplantısındakı iştirakına haqq qazandırır. Onlar hətta erməni baş nazirin Brüsseldəki görüşlərində, «inqilabın heç bir geosiyasi təsiri olmadığını və buna görə də Ermənistanın xarici siyasət vektorunun dəyişmədiyini bildirdiyini» bəyanlayırlar. Yəni Paşinyan Brüssel səfərində Moskva üçün elə də böyük bir narahatlıq doğura biləcək hərəkətə yol verməyib. Paşinyanın da Rusiya ilə uzunmüddətli və davamlı əlaqələrə ehtiyac duyduğunu bildirən erməni saytı yeni baş nazirin Ermənistanda «oligarxiyaya, korrupsiyaya qarşı apardığı hərtərəfli mübarizəni»nin bəziləri tərəfdən xoş qarşılanmadığını önə çəkir. Maraqlıdır ki, yenidən Ermənistan inqilabını önə çəkən sayt «daxili islahatların ölkənin xarici siyasətində də tezliklə özünü göstərəcəyini və ölkənin daha iddialı, daha suveren olacağını» bildirir: «Moskva Ermənistanla münasibətlərində rasional bir gündəmə sahib deyil və ona görə də, narahatlıq keçirir. Artıq məlum olmağa başlayır ki, Kreml Ermənistanın gündəmini və siyasətini diktə edə bilməyəcək. Məhz buna görə də, Kremlə yaxın olan ekspert dairələrini Nikol Paşinyanın Brüssel səfəri hələ də narahat etməkdədir».
Bütün bunlardan sonra erməni saytı yazır: «Rus saytı ən mükəmməl şəkildə «abırsızlıq» nümayiş etdirərək , hətta Nikol Paşinyan kabinetinin üzvlərini təyin etmək hüququna müdaxilə edir. «Lenta.ru»da yer alan məqaləni oxuyanlar, son 20 il ərzində həm Robert Koçaryan, həm də Serj Sarkisyanın bütün əsas təyinatlarının məhz Moskva tərəfindən təyin edildiklərinə heç bir şübhə etmirlər. Ermənilərin iddiasına görə, rus saytında yer alan məqalədə Paşinyanın Poroşenko ilə müqayisə edilməsi, erməni rəhbərinə qarşı açıq-aydın şantajdır. Moskvada, dolayı yolla da olsa, İrəvanın aparmaq istədiyi müstəqil siyasətinə qarşı çıxırlar. İrəvanın özünü təmin edən və suveren xarici siyasət aparacağı təqdirdə, Ermənistanın «Ukrayna ssenarisi» ilə üzləşəcəyi ilə təhdid edirlər».
Maraqlıdır ki, öz simasını göstərən erməni saytı bu yerdə diqqəti bir müddət əvvəl insidentlə müşayiət edilən Panik hadisəsinə yönəldir. Guya hadisədən sonra Paşinyanın bu hadisəni «Ermənistan-Rusiya dostluq münasibətləri və Ermənistanın suverenliyinə qarşı təxribat» adlandırmasını Kreml tərəfdarı olan ekspertlər də dəstəkləyiblər.
Bütün bunlara baxmayaraq, erməni saytı Ermənistanın açıq şəkildə Ukrayna ilə müqayisə edilməsini, İrəvanın Rusiya üçün düşmən ölkə kimi qəbul olunmasını hələ də rusların Ermənistan inqilabına kinlə baxmaları ilə əlaqələndirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
BMT: ”Gələcəkdə Ermənistanın əhalisi 1 milyon nəfər azalacaq”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info