MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
Tarix: 21.07.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan respublikalarının, Türkmənistan və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin, MDB-nin İcraiyyə Komitəsinin, Birliyin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büronun, Beynəlxalq Kriminal Polis Təşkilatı – “İnterpol”un, BMT-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional qurumunun rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər. Qonaqlar əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub. Həmin gün MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb. Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Tacikistan Respublikasının daxili işlər naziri, milis general-polkovniki Ramazon Raximzoda bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə məlumat verib. MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq, Şuraya sədrlik Azərbaycan Respublikasının daxili işlər nazirinə həvalə edilib. Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət başçısının iclasın iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. O, Şuranın üzv dövlətlərin ərazisində cinayətkarlığa qarşı mübarizədə davamlı səylərini, əldə etdiyi müsbət nəticələri, eyni zamanda, hər bir ölkənin təhlükəsizliyi baxımından böyük və əhəmiyyətli işini xüsusi vurğulayaraq fəaliyyətində yeni nailiyyətlər arzulayıb. Şuraya sədrlik edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il sentyabrın 24-də MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun yaranmasının 25 illiyinin tamam olacağını diqqətə çatdıraraq, yubiley münasibətilə həmin qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb. Şuranın iclasında MDB-nin İcraiyyə Komitəsinin Departament direktoru, general-leytenant Albert Drujinin, “İnterpol”un baş katibi Yurgen Ştok çıxış ediblər. İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icrasının, terrorçu qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı məlumat mübadiləsinin vəziyyəti, üzv dövlətlərin ərazisində kibercinayətlərin qarşısının alınmasında razılaşdırılmış hərəkət mexanizmləri, bu sahə üzrə ixtisaslı kadrların hazırlanması, elmi-praktiki konfransların keçirilməsi və digər aktual məsələlər olub. Nazir Ramil Usubov bu istiqamətlər üzrə çıxışında Azərbaycanın mövqeyini ifadə edən cinayətkarlıqla mübarizənin aktual problemlərinə dair mütəmadi keçirilən belə görüşlərin müasir çağırış və təhdidlərin qarşısının alınmasında mühüm rolunu vurğulayıb. Nümayəndə heyətlərinin rəhbərləri gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə qərarlar qəbul edilib. Eləcə də Şuranın növbəti iclasının gələn il Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi təsdiqlənib. Sonra iclas iştirakçılarının “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasına dair daxili işlər nazirinin əmri elan olunub. General-polkovnik Ramil Usubov mükafatları təqdim edib. Sonda mətbuat konfransı keçirilib və jurnalistlərin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info