Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib
Tarix: 21.07.2018 | Saat: 05:05:00 | E-mail | Çapa göndər


Korrupsiya haqqında gündəlik məlumatlar məni şok edir. APA-nın “Sputnik Armeniya”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Erməni cəmiyyətində həmişə bəlli problemlərdən danışılır, amma elə də aşkar olmayan, lakin əhəmiyyəti heç də az olmayan məsələlərə çox az diqqət yetirilir. Mən təəccüb edirəm. Əvvəllər mən çalışırdım sərt tənqidlərə, qabartmalara yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Bu ağlasığmaz dərəcədədir”, - deyə Nikol Paşinyan qeyd edib
N.Paşinyanın sözlərinə görə, korrupsiyaya dair ən sərt çıxışı ölkədəki korrupsiyanın real miqyası ilə müqayisədə gülüncdür.
Ermənistanın baş naziri ölkədəki çoxsaylı problemlərdən təəccüblənməkdə davam etdiyini bildirib.
“Belə düşünürəm ki, mən hələ dörd ay ərzində hər gün nəyəsə təəccüblənməkdə davam edəcəyəm. Mənə hər gün elə məlumatlar təqdim edirlər ki, faktlar - sübut №1, №2, №3 və s. açıqlanmayanadək, onlara heç inanmağım gəlmir”, - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, vəziyyət o qədər acınacaqlıdır ki, əsəblər tap gətirmir: “Mən gün ərzində bu qədər neqativ məlumatların fonunda təmkinli qalmaqda çətinlik çəkirəm və məruzə edəndən çıxışını dayandırmağı xahiş edirəm. Mən dözməyərək, məruzəçiyə “dur, bəsdir, daha dinləmək istəmirəm, bu günə kifayətdir, sağ olun, uğurlar, gedin bunları başqasına danışın” deməyə məcbur oluram".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info