Panik kəndindəki panika Ermənistan hakimiyyətinə təsirsiz ötüşməyəcək
Tarix: 21.07.2018 | Saat: 18:52:00 | E-mail | Çapa göndər



Analitik-icmalçı Ehtiram Aşırlı Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya hərbçiləri ilə insidentlə bağlı məsələyə münasibət bildirməsini AZƏRTAC-a şərh edib.
Ekspert vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 19-da hökumətin növbəti iclasında Şirak vilayətinin Panik kəndində Rusiya hərbçiləri ilə insidentlə bağlı məsələyə münasibət bildirərək qeyd edib: “Mən bunu açıq şəkildə ifadə etmək istəyirəm ki, bu, qəbuledilməz bir hadisədir və bunu Ermənistan-Rusiya dostluq münasibətlərinə, həmçinin Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”.
Baş nazir deyib ki, günahkar şəxslər aşkarlanmalı və məsuliyyətə cəlb olunmalıdır.
N.Paşinyanın bu açıqlamasına cavab olaraq, Ermənistanın parlamentinin xarici əlaqələr daimi komitəsinin sədri Armen Aşotyan Ermənistan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığına uyğun olmayan bu cür açıqlamanın Baş nazirin dilindən səsləndirilməsini son dərəcə təhlükəli olduğunu bildirib.
“Əlbəttə ki, Ermənistanın suverenliyinə qarşı hər hansı təcavüz qəbuledilməzdir. Lakin bu hadisə belə deyil. Təlimlərlə əlaqədar baş vermiş insidentə görə Rusiya hərbçilərinin üzr istəməsini qəbul edib, ictimaiyyət tərəfindən müzakirəsini dünən bitirib gələcəkdə belə hadisələrin olmayacağını nəzərə alaraq bundan sonrakı prosesləri normal qaydada davam etdirmək olardı”, - deyə Armen Aşotyan “Facebook” səhifəsində yazıb.
“Rusiya hərbi bazasının nümayəndələrinin üzr istəməsindən sonra dünən hökumətin iclasında Nikol Paşinyanın da kəskin reaksiya verməsi anlaşılan deyil. Bu məsələdə bəzi Rusiya mətbuatının və ekspertlərinin tələsik qiymətləndirmələrini xoşagəlməz və əsassız hesab edirəm. Bu təhlükəli prosesi diplomatik yolla təcili dondurmaq lazımdır”, - deyə A.Aşotyan bildirib.
Görünən odur ki, Panik kəndində baş vermiş hadisə hakimiyyət daxilində panikaya səbəb olub. Belə ki, Baş nazirin açıqlamasından dərhal sonra digər hakimiyyət nümayəndəsi Armen Aşotyanın, Paşinyanın açıqlamasını uğursuz bir açıqlama olduğunu bildirməsi hakimiyyət daxili çəkişmənin olduğunu bir daha göstərir. Bu hadisə bizə deməyə əsas verir ki, yaxın vaxtlarda hakimiyyət daxilindəki çəkişmə Paşinyanın baş ağrısına səbəb olacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info