Ajemoğlunun tələbi, Vardanyanın dirsəyi...
Tarix: 21.07.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Deyəsən, İstanbulda doğulub, Amerikada yaşayan erməni əsilli iqtisadçı Daron Ajemoğlu da Ermənistandakı qardaşlarına etibarsızlıq göstərmək niyyətindədir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu il mayın 12-də amerikalı erməni Daron Ajemoğluna İrəvana gəlib ölkə iqtisadiyyatının bərpasına kömək etmək üçün təkliflə müraciət etmişdi. İrəvana gələ bilməməsinin səbəbini işinin çoxluğu ilə əlaqələndirən Ajemoğlu, nəhayət ki, bu günlərdə niyyətini açiqlayıb. Belə ki, Daron Ajemoğlunun yubanma səbəbi para ilə baglıymış. Ermənilərin “Jamanak” nəşri elə belə də yazır: “ Daron Ajemoğlu xidmətlərinə görə erməni qardaşlarından böyük məbləğ tələb etdi?
Deyəsən, Nikol Paşinyanın erməni diasporundan olan “yüksək keyfiyyətli” mütəxəsslərin Ermənistan iqtisadiyyatının bərpasına kömək edəcəyi arzusu, elə arzu olaraq da qalacaq. Məsələ bundadır ki, Ajemoğlunun “Ermənistan iqtisadiyyatına verəcəyi töhfə” müqabilində tələb etdiyi məbləg o qədər böyükdür ki, hətta bunu ölkə büdcənin hesabına belə ödəmək mümkün deyil. Ona görə də ermənilər “bundan alıb, ona vermək” prinsipini əcac tutaraq, Rusiyada yaşayan erməni iş adamı Ruben Vardanyanın sponsorluğundan yararlanmağa hazırlaşırlar. Görən, Vardanyan da əvvəllər müraciət olunan varlı erməni qardaşları kimi, Paşinyana dirsək göstərməyəcək ki?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info