“1in.am”: “Rusiyanın isteriya səbəbi nədir: Moskva Nikol Paşinyandan nə istəyir?”
Tarix: 22.07.2018 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


“Nikol Paşinyanın Brüsselə səfərini kəskin şəkildə tənqid edən Rusiyanın aparıcı informasiya saytları, son günlər hətta erməni baş nazirin ünvanına təhqiredici ifadələr belə işlətməkdn çəkinmir“. Bu ikirlərə öz səhifəsində yer ayıran ermənilərin “1in.am” saytı bütün bu “təhqir və hədələrin” fövqündə Kremlin, onun səlahiyyətlilərinin dayandığını istisna etmir.
Saytın yazdığına görə, “Moskvanın Nikol Paşinyanın Brüssel görüşləri ilə əlaqədar xoflanmasına o qədər də ehtiyac olmamalıdır, çünki erməni baş nazir əvvəlki həmkarları kimi, Ermənistanın xarici siyasətində heç bir dönüş nöqtəsi olmayacağını bir neçə dəfə bəyan edib. Paşinyan hətta Brüssel hava limanında keçirilən mətbuat konfransında da İrəvanın nə Avrasiya İqtisadi Birliyi, nə də KTMT üzvlüyə xitam verməyəcəyini bəyanladı. Lakin, saytın iddiasına görə, bütün bunlara baxmayaraq, Rusiya KİV-lərində görünməmiş antierməni təbliğatına statr verilib.
Sayt sual verir: axı, Moskvanı qorxudan nədir? “Bu gün Mockvanı qorxudan, Kremlə problem kimi görünən Ermənistanda yeni bir mənşəli dövlətin formalaşmasıdır. Təbii ki bu da Moskvanı qane etmir. Unutmaq lazım deyil ki, Rusiyanın Ermənistana qarşı ümumi təsiri heç vaxt tərəfdaşlıq əlaqələrinə deyil, kölgə müdaxilələrinə, korrupsiya və oligarxik seqmentlərinə əsaslanıb”. Erməni saytının yazdığına görə, hazırda korrupsiyaya qarşı aparılan siyasət əslində, Ermənistanda rus təsirinin qurulduğu bütün əsasları aradan qaldırır. Bu mənada Moskva üçün narahatlıq sonuncu istiqamətsizliyin böyük bir qaynağından məhrum olması ehtimalıdır: “İstisna deyil ki, Kreml bununla barışmaq niyyətində deyil və hər an "Ermənistanı içəridən partlatmaq" nyyətini də gizlətmir. Məhz bu kontekstdə, 102-ci rus bazası əsgərlərinin Panik kəndində törətdikləri insident diqqətəlayiqdir. Qeyd edilməlidir ki, bir çoxları bunu səhlənkarlığın nəticəsi hesab edirlər, lakin bu vəziyyətin adekvat qiymətləndirilməsi deyil. Əslində biz bunu bizim Moskvanın vassallığından imtina etmək niyyətində oldugumuzu düşünən Kremlin bizə qarşı qəsdən törətdiyi təxribat kimi dəyərləndiririk”. Sayt Moskva tərəfindən bu təxribatı Kremlın Ermənistanın reallığına birbaşa qarşılaşa bilməməsi kimi dəyərləndirir.
Caytda yer alan başqa bir maraqlı nüans: “Çoxları belə hesab edirlər ki, Ermənistan-Avropa İttifaqının diplomatik "atışmaları" Moskvanın rusiyalı mövqeyini göstərir və Moskva üçün faydalıdır. Ancaq paradoksal görünsə də, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərdə mövcud olan yerli böhran faktiki olaraq Rusiyanın maraqlarına zərbə vurur”.
İrəvanla Brüssel arasındakı münasibətlər haqqında fikirlər fərqli olsa da, Ermənistanın Avropaya inteqrasiyası istqamətində yollar axtarıldığını gizlətməyən sayt, səbəb kimi, “əslində, Ermənistan-Rusiya münasibətlərinin inkişaf perspektivinin olmadığını” göstərir: “Bu gün texnoloji cəhətdən geridə qalan Rusiya Ermənistana heç bir şey təklif edə bilməz və buna görə də ölkəmiz yalnız Avrasiya layihələrinə ümid edə bilər. Moskva da artıq bunu anlamağa başlayıb. Bu gün Ermənistanda başlayan institusional islahatlar və onlara əsaslanan xarici siyasət, ölkəni Qərb sisteminə daha çox inteqrasiya edir. Unudulmamalıdır ki, məhz bu, rus isterasının dərin səbəbidir”.
Agasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”
15.07.2019
Putin Ərdoğanı ölümdən necə xilas etdi? - Video
15.07.2019
“Asiya NATO”su: Çin yeni hərbi alyans formalaşdırmaq planı hazırlayıb
15.07.2019
“Türk Hava Yolları” qitələrarası uzuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info