Qəhrəmanlıq nümunələri...
Tarix: 19.06.2013 | Saat: 22:10:00 | E-mail | Çapa göndər



Badamdar qəsəbəsinin şəhid olmuş igid oğullarından üçü məhz Daxili Qoşunların hərbi qulluqçusu idi….


Son dövrlər paytaxt və rayonlarda aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri, salınan park və xiyabanlar ölkə vətəndaşları ilə yanaşı, respublikamıza səfər edən qonaqlar tərəfindən də müsbət qarşılanır. Bu baxımdan görülən kompleks tədbirlərin tərkib hissəsi kimi Vətənin bütövlüyü uğrunda canını qurban verən igid oğullarımızın uyuduğu və müqəddəs and yerimiz olan şəhid məzarlıqlarının yenidən bərpa olunması və abadlaşdırılması da təqdirəlayiq haldır.
Bunlardan biri də Səbail rayonunun Badamdar qəsəbəsində Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş “Badamdar şəhidləri” abidə-kompleksdir. Qəsəbənin mərkəzində təmizliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edən bu abidədə Badamdarın 18 şəhidinin mərmər lövhə üzərində şəkilləri, həmçinin doğum və şəhid olma tarixləri həkk olunub.
Onlardan üç nəfəri-gizir Göyüş Qarayev, əsgərlər Rauf Əliyev və Mirsaleh Ağayev məhz Daxili Qoşunların hərbi qulluqçuları olublar. “Badamdar şəhidləri” abidəsini bu gün qəsəbə sakinləri, o cümlədən yeniyetmə və gənclər yad edir, onların xatirəsini uca tutur, Vətən qarşısında müqəddəs borc sayılan hərbi xidmətlərini şərəflə yerinə yetirəcəklərinə and içirlər. Daxili Qoşunların sıralarında vuruşmuş “Badamdar şəhidləri” barədə, onların keçdikləri şərəfli döyüş yolu haqda bir sıra məqamları bugünkü gənc nəslə çatdırmaq vətənpərvərlik borcumuzdur.

Qarayev Göyüş Adil oğlu
Gizir Göyüş Qarayev 15 dekabr 1970-ci ildə dünyaya göz açıb. Göyüş Daxili Qoşunların igid hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq, neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözlərində qoyub. 1994-cü ilin yanvar ayından etibarən Füzuli istiqamətində gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan düşmən, Göyüş kimi döyüşçülərimizin zərbələrinə tab gətirməyərək geri çəkilməyə başlayıb. 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlər isə gizir G.Qarayevin son döyüşü oldu. Bu döyüşdə ağır yara alan gizir G.Qarayev gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi.
Gizir G.Qarayev Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi borcunu və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilib. Badamdar qəsəbəsinin küçələrindən birinə şəhid G.Qarayevin adı verilmiş, yaşadığı binaya isə onun barelyefi vurulub.

Əliyev Rauf İsmayıl oğlu

Sıravi Rauf Əliyev 1973-cü il iyunun 25-də anadan olub. Daxili Qoşunların sıralarında sıravi hərbi qulluqçu kimi xidmət edən Rauf nizam-intizamı və nümunəvi xidməti ilə təkcə komandirlərinin deyil, yoldaşlarının da hörmətini qazana bilib. Vətən qarşısında olan müqəddəs borcunu şərəflə yerinə yetirən R.Əliyev Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə cəsur hərbi qulluqçu kimi vuruşub. O, 1992-ci ilin iyulun 19-da məhz bu rayonun müdafiəsində qəhrəmancasına şəhid oldu. Rauf bəxtinə yazılan ömrünün 19 ilini şərəflə yaşadı və qəhrəmanlığı ilə əbədi ölümsüzlük-şəhidlik qazandı.
Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi igidlik və şücaətə görə şəhid R.Əliyev Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərancamına əsasən, “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilib.

Ağayev Mirsaleh Mirqasım oğlu

Daxili Qoşunların digər şəhid hərbi qulluqçusu sıravi Mirsaleh Ağayev 1964-cü il noyabrın 3-də dünyaya göz açıb. Vətənin igid oğlu Mirsaleh Ağdərə rayonunun erməni daşnaklarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edib. Vətənə, torpağa olan sonsuz bağlılığı döyüşlərdə Mirsalehə mənəvi güc və qüvvət verirdi. Mirsaleh hər dəfə döyüşə girəndə sanki, düşməni son nəfərinədək məhv edəcəyinə inanırdı. Lakin 1992-ci il avqustun 14-də özü düşmən gülləsinə tuş gəldi. M.Ağayev aldığı ağır yaradan dünyasını dəyişdi. Beləliklə, Ağdərə rayonunun işğalçılardan təmizlənməsi uğrunda gedən qanlı döyüşlər zamanı Vətənin Mirsaleh adlı daha bir oğlu şəhidlik zirvəsini fəth etdi.
Qeyd edək ki, G.Qarayev, R.Əliyev və M.Ağayev qəsəbədəki 239 saylı orta məktəbin məzunu olublar. Onların həyat və döyüş yolu bu gün təhsil alan məktəbli yeniyetmələr üçün də əsl qəhrəmanlıq nümunəsidir. Məhz şəhidlərimizin timsalında sabahın əsgərləri-şagirdlərimiz Vətəni sevməyi öyrənir, vətənpərvər ruhda tərbiyə olunurlar.
Şəhidlərin xatirəsi hər zaman əziz tutulur, oxuduqları məktəbdə onların xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunur, abidə-kompleks və şəhidlərin məzarları ziyarət olunur.
Son olaraq yazımı ümummilli lider Heydər Əliyevin şəhidlərimiz barədə dediyi fikirləri ilə bitirmək istəyirəm: “Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daima yaşayacaqdır”.
Anar Əhmədov
Daxili Qoşunların zabiti,
baş leytenant




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info