Naxçıvanda gənclərin rolu müzakirə olunub
Tarix: 23.07.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində müvafiq dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır. Qeyd olunan tədbirlər sırasında “Yay məktəbi”, yay düşərgələri, gənclərlə birgə turizm layihələrinin həyata keçirilməsi xüsusi yer tutur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Gənclər Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
“Yay məktəbi”nin iştirakçılarının da fəallıq göstərdiyi tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Anar Babayev bildirib ki, muxtar respublikanın turizm potensialının tanıdılması ilə bağlı Gənclər Fondunun müvafiq təşkilatlarla birlikdə ötən dövrdə keçirdiyi müxtəlif layihələr muxtar respublikanın turizm imkanlarının təbliği baxımından böyük əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxışında qeyd edib ki, turizmin inkişafı üçün yaradılan şərait muxtar respublikaya üz tutan turistlərin sayının ilbəil artmasına səbəb olub. Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki qrup və səhifələrinə İslam mədəniyyəti abidələri haqqında məlumatlar və fotoşəkillər daxil edilir. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in rəsmi internet səhifəsi və muxtar respublikanın turizm potensialı haqqında məlumatlar Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə, respublikamızda, eləcə də 20-dən çox xarici ölkədə yerləşən tur operatorlara, mehmanxanaların elektron poçt ünvanlarına göndərilir.
Tədbir Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx və mövzu ilə bağlı fotolardan ibarət sərgi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info