83 yaşlı fermer: “Cavanlara məsləhət görürəm ki, kəndi qoyub, şəhərə qaçmasınlar”
Tarix: 23.07.2018 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


1963-cü ilin sentyabrından kənd təsərrüfatı sektorunda çalışıram. İki ali təhsilim var, 24 il heyvandarlıq sovxozunun direktoru olmuşam. Partiya işindən sovxoza keçdikdən sonra məndə kənd təsərrüfatı ilə məşğul olmağa böyük həvəs yarandı.
AZƏRTAC xəbər verir ki, bu sözlər 83 yaşlı fermer, ömrünü kənd təsərrüfatında çalışmaqla keçirmiş Şamaxı rayonunun Kərkənc kənd sakini Bayram Əlləzova məxsusdur. Ağsaqqal fermer deyir ki, insan torpaqla yaşamağa məhkumdur: “Kənd təsərrüfatı insanları maddi nemətlərlə, ərzaqla təmin edir. Rəhmətlik atam bizə tövsiyə edərdi ki, insanlar öləndə torpağa yapışan kimi, gərək diri vaxtda da torpağa yapışsın, torpaqla məşğul olsun, əksin, biçsin, becərsin. Onun sözləri qulağımda qalmışdı, ona görə kənd təsərrüfatı ilə çox məşğul olmuşam. Avropa ölkələrinin iqtisadçılarından biri yazıb ki, zəhmət sərvətin atası, torpaq isə sərvətin anasıdır. İnsanlar gərək yaşamaq üçün zəhmət çəksinlər, yaratsınlar, yaşatsınlar”.
Bayram Əlləzov kənd təsərrüfatının bütün istehsal sahələrindən üstün sayır. “Çünki insanları maddi nemətlərlə təmin edən kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ilə məşğul olanlar əkir, səpir, biçir, məhsul götürür və görəndə ki, zəhməti hədər getməyib, daha da cavanlaşır. Bu altmış il ərzində torpağa sevgim dəfələrlə artıb. 83 yaşım var, hələ də kənd təsərrüfatı ilə məşğulam”, - deyə o bildirib.
Qocaman fermer ölkədə kənd təsərrüfatına göstərilən diqqətdən çox razıdır: “Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük şərait yaradılıb. Regionlarda iqlim şəraitinə uyğun olan bütün kənd təsərrüfatı məhsulları əkilib-becərilir. Dövlət lazımi qayğı göstərir, fermerlərə subsidiyalar verir, kapital qoyur, kənd təsərrüfatını inkişaf etdirir. İndi Azərbaycanda sovet dövründə olmayan bitkilər becərilir. Mən heyvandarlıqla da məşğul olmuşam, zootexnikliyi qurtarmışam. Sovet dövründə Azərbaycanda indiki qədər cins heyvan yox idi. Bir qonur Qafqaz cinsi mallar vardı, onu da XIX əsrin ortalarında almanlar İsveçrədən gətirmişdilər. Sonrada ala mallar gətirildi. İndi isə ölkədə çoxlu sayda cins mal-qara var, dövlət maldarlığın inkişafına diqqətlə yanaşır”.
Bayram Əlləzovun 51 hektar torpaq sahəsi var: “Onun 31 hektarı özümündür, yəni torpaq satanlardan alıb istifadə edirəm. 20 hektarını isə 99 il müddətinə icarəyə götürmüşəm. 13 hektarında üzüm əkmişəm, 10 hektarı məhsuldardır, 3 hektar üzümlüyü isə 3 il əvvəl salmışam, bu il az məhsul verəcək. Üzümçülük iqtisadiyyat üçün əlverişli sahədir. 1991-ci ildə Azərbaycana “Merlot” adında üzüm sortu gətirdim. Bu sort Moldovada becərilir. Bu sortu 10 hektar sahədə becərirəm. Budama vaxtı bu üzüm sortunun çubuqlarını bütün Azərbaycana yaydım. Qazaxdan, Tovuzdan, Şəmkirdən, Ağstafadan, Ağsudan, Abşerondan gəlib budanmış çubuqları məndən alıb apardılar. Aparanlar becərdilər, gördülər ki, üçüncü il bu sort hər hektardan 17 ton üzüm verir. Ona görə də qərb zonasından olan üzümçülər bu sortdan geniş istifadə etməyə başladılar. Sortun əlverişli xüsusiyyəti xəstəliyə davamlı və məhsuldar olmasıdır. Şamaxıda bu sortdan hər hektardan 35 ton üzüm götürənlər var. Çox gözəl də şərabı olur”.
Ağsaqqal fermerin cavanlara tövsiyələri də var. “Cavanlara məsləhət görürəm ki, kəndi qoyub, şəhərə qaçmasınlar, gedib şəhərdə göy satmaqla məşğul olmasınlar. Torpaqla məşğul olsunlar, o torpaq onun dolanışığını təmin edəcək. İki hektar sahəsi olan adam o sahədə taxıl əksin, toyuq-cücə saxlasın, iki-üç baş mal-qara saxlasın, dolanışığını artıqlaması ilə təmin edəcək. Vaxtilə böyük-böyük istedadlar, tanınmış yazıçılar kənd təsərrüfatı ilə məşğul olublar, kəndi seviblər. Məsələn, Lev Nikolayeviç Tolstoyun Yasnaya Polyanada bir malikanəsi olub. Orada torpağı əkib-becərərmiş. Bir gün çar Aleksandr onu yanına çağırır, deyir ki, Lev Nikolayeviç, bu qədər şöhrətli istedadlı yazıçının kənddə nə işi var, gəl Kremldə yaşa, mənim müşavirim ol. Tolstoy cavabında deyir ki, Yasnaya Polyana torpağı mənə dünya qədər əzizdir, mən o torpaqdan ayrıla bilmərəm. Çar onu Moskvaya gətirə bilmir. Torpaqla məşğul olan, torpağın qədrini bilən elə dahilər olub”, - deyə 83 yaşlı fermer qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info