Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı fotosərgi nümayiş olunub
Tarix: 23.07.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Bolqarıstanın Yunanıstan və Makedoniya ilə həmsərhəd Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı fotosərgi açılıb. Sərgi Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Milli Arxeologiya İnstitutu, Petriç Bələdiyyəsi və Petriç şəhər Tarix Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Milli Arxeologiya İnstitutunun direktoru Ludmil Vaqalinski, Petriç şəhərinin meri Dimitır Brıçkov və onun müavinləri, şəhər İcma Şurasının sədri Qeorqi Trençev, Sandanski şəhərinin meri Kiril Kotev, Blaqoevqard vilayətinin qubernatorunun müavini Antoaneta Yançeva, Bolqarıstan Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Aleksandr Traykov, tarixçilər, mədəniyyət xadimləri, eləcə də yerli şəhər sakinləri iştirak ediblər.
Açılışda çıxış edən N.Qurbanova cari ilin müsəlman və türk dünyasında ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü barədə məlumat verib. Bu münasibətlə bolqar tərəfdaşlarla silsilə tədbirlərin keçirildiyini vurğulayan səfir cari sərginin bu çərçivədə təşkilindən məmnunluğunu bildirib. Sərginin Azərbaycanda aparılan arxeoloji qazıntılar və bu sahədə son inkişafa nəzər salmağa imkan yaratdığını qeyd edən diplomat, həmçinin onun Azərbaycanda arxeologiya tarixində əsas nailiyyətləri göstərməklə yanaşı, Azərbaycanın qədim tarixi və zəngin mədəni irsini nümayiş etdirməyə xidmət göstərdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan qədim insan məskənlərindən biridir və Dağlıq Qarabağda Azıx və Tağlar, Qazaxda Damcılı və Daşsalahlı, Naxçıvanda Qazma mağaralarında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar bunu sübut edir.
Sonda sərginin, həmçinin bolqar mütəxəssislərini Azərbaycanla elmi əməkdaşlığa sövq edəcəyinə inamını ifadə dən səfir paytaxtlarımız arasında açılan birbaşa hava əlaqəsinin bu əməkdaşlığına töhfə verəcəyini söyləyib.
Şəhərin meri D.Brıçkov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək N.Qurbanovanın Petriç şəhərinə səfərinin, habelə Tarix muzeyində təşkil olunmuş sərginin Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Direktor L.Vaqalinski çıxış edərək cari sərginin ilk olaraq rəhbərlik etdiyi Muzeydə nümayişindən və böyük marağa səbəb olmasından danışıb. Həmin sərginin açılışında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın iştirakını xatırlayaraq Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq haqqında sazişin imzalandığını qeyd edib, bu əməkdaşlığın davamı olaraq növbəti aylarda Azərbaycandan iki arxeoloqun Bolqarıstanda aparılan arxeoloji qazıntılara cəlb olunacağı barədə məlumat verib.
Petriç Tarix Muzeyinin direktoru S.İvanov rəhbəri olduğu muzeyin belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib və sərgini Azərbaycan tarixini yaxından öyrənmək baxımından imkan olaraq qiymətləndirib.
Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. Bolqarıstan Milli Radiosu, Focus Xəbər Agentliyi, eləcə də bir sıra xəbər portalları tədbirlə bağlı məqalələr yerləşdiriblər. Sərgi bir ay davam edəcək.
Tədbir çərçivəsində səfiri Nərgiz Qurbanova Petriç şəhərinin yerli “BATS” televiziyasına müsahibə verib. O, ölkəmizin qədim tarixi, aparılan arxeoloji qazıntılar, aşkar olunmuş zəngin maddi-mədəniyyət nümunələri, bu sahədə əldə edilən nailiyyətlər barədə məlumat verib.
 




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info