Gürcüstanda Azərbaycan dilində jurnallar çapdan çıxıb
Tarix: 23.07.2018 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Gürcüstanda ilk dəfə Azərbaycan və gürcü dillərində nəşr edilən “Şəfəq-Sxivi” və “Körük” jurnallarının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Yazıçılar Birliyində (GYB) keçirilən tədbirdə Azərbaycan və Türkiyədən yazıçılar, ictimaiyyət nümayəndələri, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.
Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrindən danışıb, Tbilisidə Azərbaycan dilində bu cür jurnalların nəşrini mühüm hadisə adlandırıb. Bildirib ki, GYB-də Azərbaycan bölməsinin yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, professor, yazıçı Afaq Məsudun iştirakı ilə Tbilisidə “Müasir Azərbaycan nəsri antologiyası”nın təqdimatının keçirilməsi, şair və yazıçılarımızın əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunması ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu münasibətlərin daha da genişləndirilməsi, iki ölkənin gənc şair və yazıçıları arasında əlaqələrin inkişaf etdirilməsi üçün layihələr hazırlanır.
Bağatur Arabulinin sözlərinə görə, “Şəfəq-Sxivi” jurnalının ilk nömrəsində Azərbaycan yazıçıları ilə yanaşı, gürcü klassiklərindən Vaja Pşaveli, poeziya incilərindən Qalaktion Tabidze, tənqidçilərdən Zaal Borkoveli və başqalarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunması gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Bu, həm də Azərbaycan-Gürcüstan dostluğuna bariz nümunədir.
Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri, yazıçı-publisist Allahverdi Təhləli jurnalın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib. O, Azərbaycan və gürcü xalqlarının oxşar taleləri, ədəbi mühiti, mədəni əlaqələrimizin inkişaf perspektivləri barədə məlumat verib.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı Azərbaycanda gürcü ədəbiyyatının, eləcə də Gürcüstanda Azərbaycan mədəniyyətinin eyni dərəcədə sevildiyini bildirib. Gənclərin ədəbiyyata, şeirə marağının artırılması istiqamətində layihələr hazırlanmasının vacibliyini vurğulayıb.
Digər çıxış edənlər Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən, Tbilisidə yaşayıb-yaratmış Mirzə Şəfi Vazeh, M.F.Axundzadə, C.Məmmədquluzadə, eləcə də Gürcüstanda anadan olmuş Nəriman Nərimanov, Rəşid Behbudov, Bülbül və digər ictimai-siyasi və mədəniyyət xadimlərinin mədəni əlaqələrimizin inkişafındakı xidmətlərindən danışıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir
19.08.2019
Keşiş Vartanın uydurduğu “Erməni Naxçıvanı“ mifini tarmar edən əsər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info