Şah Abbas karvansarayında bərpa işləri ilin sonunda yekunlaşacaq
Tarix: 23.07.2018 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Gəncə şəhərində yerləşən bir sıra tarixi abidələrə baş çəkib.
 
Qurumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Dövlət Xidmətinin məsul əməkdaşları ilə birgə ilk olaraq Gəncə Qala Qapıları Kompleksi ilə tanışlıq olub. Məlumat verilib ki, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Burada Gəncə əhalisinin məişəti, mədəniyyəti haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Həmçinin kompleks Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binası kimi istifadə olunur. 
 
Sonra Nizami Gəncəvi məqbərəsi kompleksi və Nizami Gəncəvi Muzeyi və Şah Abbas karvansarayında aparılan təmir-bərpa işləri ilə tanışlıq olub.
 
Tarixi abidənin bərpası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılır. Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, kommunikasiya xətləri çəkilib. Karvansaranın dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.
 
Şah Abbas karvansarayı istifadəyə verildikdən sonra turizm məqsədləri üçün istifadə olunacaq. Bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq.
 
Zakir Sultanov tarixi abidələrdə fəaliyyətin daha da gücləndirilməsi, həyata keçirilən təmir-bərpa işlərinin vaxtında və keyfiyyətli aparılması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info