Sahil Babayev Lənkərandakı bərpa mərkəzində reabilitasiya şəraiti ilə tanış olub
Tarix: 23.07.2018 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzindəki reabilitasiya şəraiti ilə tanış olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, mərkəzin kollektivi və müəssisədə reabilitasiya kursu keçən əlillərlə görüşündə S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdəki bərpa mərkəzlərini də əhatə edir. Nazir bir sıra bölgələrdəki əlillər üçün bərpa mərkəzlərində bu istiqamətdə işlərin aparıldığını qeyd edib. Eyni zamanda, bildirilib ki, Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
S.Babayev əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılmasında konkret nəticələrə nail olunmasının, reabilitasiya səviyyəsinin yüksəldilməsinin mühüm hədəflərdən olduğunu diqqətə çatdırıb. O bildirib ki, bunun üçün bərpa mərkəzlərinin maddi-texniki bazasının və əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması nazirliyin əsas iş planına daxildir. Həmçinin hazırlanmaqda olan Fərdi Reabilitasiya Proqramı bu sahədə mühüm rol oynayacaq.
Məlumat verilib ki, müəssisədə aparılan işlərin davamı kimi, burada ötən il 312, cari ilin birinci yarısında isə 166 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib.
S.Babayev mərkəzdə yaradılan şəraitlə, Lənkəran, habelə bu bölgədəki digər rayonlarda - Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara və Lerikdə yaşayan əlillərə stasionar qaydada göstərilən bərpa müalicəsi xidmətləri, fizioterapevtik prosedurlarla yaxından tanış olub. Nazir mərkəzin fəaliyyətinin səmərəli təşkili, əlillərə göstərilən xidmətin keyfiyyətinin artırılması, onlara qayğı ilə yanaşılması və s. barədə tapşırıqlar verib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info