Xidməti pasportu olanlar BƏƏ-yə vizasız gedəcək
Tarix: 19.06.2013 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumuna əlavələr edilməsinə dair notalar mübadiləsi həyata keçirilib.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, 2013-cü ilin 24 may tarixindən etibarən hər iki ölkənin xidməti və xüsusi pasportlarına malik olan vətəndaşları 90 gün ərzində giriş vizasından azad olunurlar. Səfirlikdən həmçinin bildirilib ki, Azərbaycan Respublikası və BƏƏ arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın artıq üç iclası keçirilib və qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər həyata keçirilməkdədir. 2010-cu ilin iyun ayında Bakıda Azərbaycan-BƏƏ Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib. Siyasi məsləhətləşmələr çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb və 2011-ci ilin aprel ayında qüvvəyə minib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info