AtaBank Sinqapurda da “bir addın öndə” olduğunu təsdiqləyib
Tarix: 23.07.2018 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


AtaBank-ın bu il müştərilərinə təqdim etdiyi “AtaNet” Mobil Bankçılıq əlavəsi 12.07.2018-ci il tarixində Singapurda “Bank və maliyyə sektorunda ən yaxşılarını tanıyaq” şüarı altında keçirilən tədbirdə “Asian Banking & Finance Wholesale Banking” Awards 2018 mükafatına layiq görülüb.
2012-ci ildən etibarən hər il keçirilən tədbirdə Asiya ilə yanaşı dünyanın ən iri banklarının və maliyyə qurumlarının nümayəndələri iştirak edib.
Asiya ölkələrinin qabaqcıl banklarının və maliyyə qurumlarının təqdim etdiyi yeniliklər arasında ən yaxşılar Deloitte, PricewaterhouseCoopers, KPMG və Ernst and Young kimi “böyük dörtlük” adlanan audit şirkətlərinin nümayəndələrindən ibarət juri tərəfindən seçilib.
AtaBank-ın rəsmi nümayəndə heyəti bir neçə gün ərzində müxtəlif tədbirlərdə iştirak edərək AtaNet Mobil Bank əlavəsinin bütün imkanları, texniki məqamları və təhlükəsizliyi ilə bağlı təqdimatlar keçirib. Nəticə etibarı ilə 40-dan çox ölkədən iştirakısı olan və HSBC, Standard Chartered, Bank of China, Citibank kimi nəhəng banklar və maliyyə qurumları arasında müasir dövrün ən önəmli və ən çox diqqət ayrılan təhlükəsizlik sahəsində ən təhlükəsiz və ən yaxşı Mobil Bank əlavəsi kimi AtaNet seçilərək “Domestic Technology & Operations Bank of the Year” nominasiyası üzrə qalib gəlib və mükafata layiq görülüb.
Mükafatlandırma mərasimində AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı çıxış edərək qeyd edib ki: Biz AtaBank olaraq daim şüarımız kimi “Bir Addım öndə” olmağa çalışmış və bu şüara layiq olmaq üçün hər zaman yeniliklər tətbiq etmişik. Son yeniliklərdən biri də artıq müştərilərin istifadəsinə təqdim edilmiş “AtaNet” İnternet və Mobil Bankçılıq xidmətidir. Tədbirə gələn zaman biz əmin idik ki, bu mükafatı qazanan biz olacağıq. Çünki AtaNet ən qabaqcıl dünya praktikasına uyğun olaraq zamandan və məkandan asılı olmayaraq əməliyyatların rahat və sürətli aparılması, təhlükəsizliyi və bir çox üstünlükləri ilə rəqiblərindən seçilir. Gələcəkdə AtaNet-in bazardakı yerinin qorunması və möhkəmləndirilməsi üçün komandamız bütün gücü ilə çalışacaq və yaxın zamanlarda AtaNet bir çox yeni imkanlarını da müştərilərinin istifadəsinə təqdim edəcək”. Etibar Babaşlı bu mükafata məhz AtaBank – ın layiq görüldüyü üçün fəxr etdiyini və bu uğurun nəinki AtaBank-ın həm də ölkəmiz Azərbaycanın uğuru olduğu üçün qürur duyduğunu xüsusi ilə qeyd edib.
Bununla yanaşı səfər zamanı AtaBank-ın rəhbərliyi bir sıra qabaqcıl Asiya banklarının nümayəndələri ilə işgüzar görüşlər keçirib və gələcəkdə banklar arasında əməkdaşlıq etməklə bağlı müzakirələr aparıb. Xatırladaq Asiya maliyyə bazarına xüsusi əhəmmiyyət verən AtaBank 2017-ci ildə də Çin Respublikasının ödəniş sistemləri nəhəngi Union Pay International ilə də əməkdaşlıq müqaviləsi imzalamışdır.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info