PXTİB və “Loqos” Mətbuat gününü qeyd edib
Tarix: 23.07.2018 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi “Loqos” la birgə 22 iyul - Milli Mətbuat və Jurnalistika günü münasibətilə tədbir keçirib.
Tədbirdə Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov, “Loqos” un rəhbəri Təranə Məmmədova, AYB –nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar jurnalist Umud Mirzəyev, 7NEWS.az saytının rəhbəri, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbiri açıq elan edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında qonaqlara geniş məlumat verib. Sonra mətbuatın inkişafı ilə bağlı qısa videoçarx nümayiş edilib.
Daha sonra qonaqları salamlayan “Loqos” un rəhbəri Təranə Məmmədova mətbuat günü ilə bağlı bütün media nümayəndələrini təbrik edib və daim göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Çıxış edən Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycan mətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının inkişafı yolunda yeni bir tarixdir. Natiq qeyd edib ki, söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalist adlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözun nüfuzunu artırmaq, demokratik inkişafa yardımçı olmaqdır.
Digər çıxış edənlər AYB –nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar jurnalist Umud Mirzəyev medianın və mətbuatın əhəmiyyətindən, keçdiyi tarixi yoldan danışıblar.
Daha sonra bir sıra media nümayəndələrinə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən hazırlanan fəxri fərmanlar təqdim edilib.
Təltiflərdən sonra tədbir bədii hissə davam etdirilib. Tədbirdə çıxış edən 138 saylı körpələr evi – uşaq bağçasının məzunu Aysin Bektaşi və “Dilbərim” rəqs qrupunun ifaları hamıda xoş əhval – ruhiyyə yaradıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info