«Rosbalt.ru»: ”Ermənilər unudurlar ki, Aprel döyüşlərində onları xilas edən Rusiya oldu”
Tarix: 23.07.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


«Sputnikarmenia.ru» “Avropa hələ də təməli möhkəm olmayan Cənubi Qafqaz respublikasına diqqət yetirməyə tələsmir”.

İndi ermənilər Rusiyanın Gümrüdəki hərbi bazasının əleyhinə çox yazırlar. Baxmayaraq ki, baza respublikanın "müdafiəçisi" sayılır , yerli əhali üçün iş yerləri yaradır. Yerli ermənilərin iddiasına görə, bəzi cinayət hadisələrində adı hallanan bu bazanı ildən-ilə gücləndirmək istəyirlər.
Məhz buna görə də, Rusiya bazasının ölkəni tərk etməsi ilə bağlı ermənilər tərəfindən əvvəllər pıçıltı ilə deyilənlər, son zamanlar artıq yüksək templə səsləndirilməkdədir. Lakin bəzi məziyyətlərə görə, ermənilərin bu iddiaları o qədər də inandırıcı görünmür. Yəqin hörmətli oxucular xatırlayar: ötən həftə rus hərbçiləri xəbərdarlıq etmədən Panik kəndinə girərək havaya bir neçə atəş açdılar. Panik kəndinin əhalisi qorxu içində müharibə başladığını düşünüblər. Onlar qorxu içində sığınacaq axtarışına çıxıblar, hətta qorxudan huşunu itirənlər də olub.
Qeyd edilməlidir ki, Ermənistan-Rusiya razılaşmasına əsasən, Gümrüdə yerləşən 102-ci hərbi baza yerli özünüidarə orqanlarını, polisi və Ermənistan Milli Təhlükəsizlik Xidmətini qoşunların hərəkət marşrutunu göstərən manevrlər aparması barədə əvvəlcədən məlumatlandırmaq məcburiyyətindədir. Bundan başqa, rus hərbi bazası üçün təlim yerinin xaricində təlimlər keçirmək qadağandır. Ötən şənbə baş verənlərlə bağlı 102-ci Rusiya hərbi bazasının komandiri, polkovnik Vladimir Elkanov Panik kəndində heç nə baş vermədiyini, atılan güllələrin atəş yox, atəş imitasiyası olduğunu bildirib.
Maraqlıdır ki, hərbi komandirin dediklərinə münasibət bildirən ermənilərin «Lragir» saytı «əsəbi vəziyyətdə» rus əsgərlərinin Ermənistanın ərazisində özlərini necə sərbəst hiss etdiyini etiraf edir. Saytın yazdığına görə, rus əsgərlərinə Ermənistan ərazisində qoyulan bəzi məhdudiyyətlərə baxmayaraq, onlar hələ də, «respublika daxilində döyüş silahları ilə hərəkət edərək yerli sakinləri qorxudurlar».
Panikdəki insidentin rus əsgərləri tərəfindən ilk insident olmadığını xatırladan sayt İrəvandan rus hərbi hissənin rəhbərliyindən cavab tələb etməsini istəyir.
«Bu, ölkələrimizin dostluq əlaqələrinə, ölkəmizin suverenliyinə qarşı yönəlmiş yanlış bir hadisədir. Ona görə də bu işdə günahı olanlar hamısı cəzalandırılmalıdır». Bu fikirləri səsləndirən erməni baş nazrin fikrincə, Panikdəki insident "təxribat"dır. Təbii ki, maraqlı bir sual yaranır: Rusiya və Ermənistan arasında "dostluq münasibətləri" əleyhinə "təxribat"ı kim həyata keçirir? Məgər Rusiya bazası bu «təxribat»ı qəsdən həyata keçirməklə, özlərinin Ermənistandan çıxarılması ilə bağlı danışıqlara stimul yaradarmı?
Başqa maraqlı nüanslarla müşahidə edilən «rəy» Ermənistan Parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Armen Aşotyanın şəxsi «Facebook» səhifəsində yer alıb. O, Panik insidenti ilə bağlı «Baş nazirin belə bir "kəskin" ifadəsinə ehtiyac» olmadığını bildirib. Əlbəttə ki, erməni siyasətçi bununla Ermənistanın suverenliyinə hər hansı bir təcavüzün qəbuledilməz olduğunu təsdiqləyir.
«Rusiyanın Gümrüdəki bazasının qorunması respublika üçün həyati vacib olan məsələlərdəndir». Bu fikirləri «sputnikarmenia.ru» saytına Ermənistan Parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib. Onun sözlərinə görə, 102-ci bazanın Ermənistandan çıxarılmasına dair tövsiyələr yolverilməzdir. Şarmazanova görə, bu gün baza üçün ölkədə heç bir alternativ yoxdur:” Təbii ki, «respublikaçı» Şarmazanovdan fərqli olaraq, Paşinyan və onun komandasının əksəriyyəti Qərbyönümlü siyasətçilərdirlər. Onlar indi nə Avrasiya İqtisadi Birliyini, nə də KTMT-ni tərk etməyəcəklərini sözdə ifadə etsələr də, əksəriyyətinin xarici görünüşləri bulanıq təsir bağışlayır. Bununla yanaşı, Ermənistanın yeni hakimiyyəti açıq və olduqca qeyri-qanuni şəkildə Qərbdən öz ölkəsinə daha çox diqqət ayırmağı «tələb edir». Burada haqlı bir sual yaranır: əgər Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyini tərk etməyəcəksə, onda İrəvan hansı əsaslarla Qərbdən ölkəsinə diqqət ayırmağı tələb edir? Lakin belə görünür ki, Avropa hələ də bu təməli möhkəm olmayan Cənubi Qafqaz respublikasına diqqət yetirməyə tələsmir”.
Bu fikirlərin bəzilərinə öz səhifəsində yer ayıran «rosbalt.ru» saytı Panik hadisələrinə eyhamla, «Bununla Ermənistanda insident sona çatdımı” sualına özü də cavab verir: “Çətin ki…». Məsələ bundadır ki, Panikdəki yaşantıdan yerli əhali də yararlanmağa çalışır:” Belə ki, artıq Şirakın bir neçə kəndinin icma rəhbərləri Ermənistandakı Rusiya səfirindən yolların bərpasına başlamağı tələb ediblər. Onlar «xarici bazanın» kommunal xərclərini ödəmək niyyətində olmadıqlarını bildiriblər. Onların məntiqinə görə, Ermənistandakı rus bazası, sadəcə olaraq ancaq sözdə Ermənistanın müdafiəçisi kimi çıxış edir. Onlar 2016-cı ilin Aprel döyüşləri zamanı Rusiyanın neytral qaldığını əsas gətirirlər. Lakin bu bir faktdır və (artıq bunu bəzi erməni saytlrı da etiraf etmək məcburiyyətində qalıblar) Ermənistanda nədənsə unutdular ki, Azərbaycan tərəfini hərbi əməliyyatları dayandırmağa çağıran və erməniləri xilas edən Rusiya oldu”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info