6 ayda AAYDA 200-dən çox yol texnikası alıb
Tarix: 23.07.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol-nəqliyyat infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır.
Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
Təbii ki, avtomobil yollarının müasir səviyyədə inşası və yenidən qurulması üçün müasir texnika, maşın-mexanizmlərdən istifadə olunması şərtdir. Məhz bu üzdən Dövlət Agentliyi maşın-mexanizm parkından səmərəli istifadə edilir və daima parkın yenilənməsini diqqətdə saxlayır.
Bunun nəticəsidir ki, cari ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikalar alınıb. Bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur.
Bundan başqa agentliyin texniki şərtləri və sifarişi ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə AYYDA-nın idarə-müəssisələri tərəfindən istifadə edilir. Bunlara misal kimi, yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları və sairi göstərmək olar.
Çevik texniki yardım və servis mərkəzində nasaz texnikaların təmiri, parkında mövcud olan nəqliyyat vasitələri və maşın-mexanizmlərdən isə fövqəladə hallarda agentliyin ritmik fəaliyyəti təmin edilir.
Ölkə başçımızın uğurlu daxili və xarici siyasəti dünya dövlətlərinin mütləq əksəriyyətinin Azərbaycanı dost, qardaş, strateji müttəfiq kimi görməsi və qəbul etməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikası və maşın-mexanizmlər verilib.
Beləliklə son 6 ayda agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb.
Müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri və maşın-mexanizmlərdən ibarət olan texnikalar agentliyin parkını yeniləşdirməyə və bununla da ölkə rəhbərliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirməyə kömək edəcək.
Alınan texnika ilə tanışlıq məqsədilə AAYDA jurnalistlər üçün mediatur da təşkil edib. Mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, 10 ədəd yeni qartəmizləyən və 10 ədəd qar kürəyən texnika alınıb. O qeyd edib ki, avtobazada olan texnika 55-ə çatdırılıb: "Daha 10 ədəd qartəmizləyən texnikanın alınması nəzərdə tutulub".  A.Nəcəfli eyni zamanda qeyd edib ki, küçələrdə təmizlik zamanı baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün 20 ədəd texnika magistral yolları, 12 ədəd texnika qəsəbə yollarını süpürmək üçün alınıb:  "Gələcəkdə bu texnikaların sayının artırılması və əl əməyinin minimuma endirilməsi nəzərdə tutulub".
AAYDA-nın Nəqliyyat idarəsinin rəisi Elşən Cəfərov isə bildirib ki, alınan texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir. Onun sözlərinə görə texnikalar əsasən Amerika, Çin, Rusiya, Belarus və Avropa ölkələrindən alınıb: 

"Bu texnikalardan yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi nəzərdə tutulub. Ümumilikdə texnika alınması üçün Çindən Azərbaycana 8,2 milyon dollar birdəfəlik texniki yardım verilib”.
Yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsi heç şübhəsiz hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutudur.
Xatırladaq ki, iki ölkə arasında bu dostluğun təməli ulu öndər tərəfindən 90-cı illərin ortalarında qoyulub və Prezident İlham Əliyev tərəfindən isə daha da möhkəmləndirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Pambığın alış qiyməti artırılıb
20.09.2018
“Hazırda biz Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi“ layihəsini həyata keçiririk”
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info