Göygölün sirri
Tarix: 23.07.2018 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Təxminən min il yaşı olan Göygöl öz təbii gözəlliyi və ecazkarlığı ilə insanı valeh edir. Bura Azərbaycan təbiətinin xanım-xatın simasıdır. Heç zaman burdan çəkilməyən duman isə sanki bir örpəkdir. Buranın meşələrində ağaclar bir-birinə sarılaraq təbiətin harmonik həmrəyliyini nümayiş etdirirlər. İnsana ruhi sakitlik verən bu yerdə özünü Allaha daha da yaxın hiss edirsən.
Göygöl təkcə görünüşü, mənzərəsi ilə deyil, həm də ab-havası, aurası ilə insana mənəvi rahatlıq verir. Buranın havasını içinə çəkib təbiətin qoxusunu hiss edirsən. Göl, dağ, meşə və duman - bu dördlük illərdir doğmalaşıb. Və bununla sirlərini kimsəyə vermir. Görünür, elə bu sirr insanları bura cəlb edir. Maraqlıdır ki, Göygöl təkcə azərbaycanlıların deyil, eyni zamanda əcnəbilərin də diqqətini çəkir. Biz Göygöldə ikən bunun əyani şahidi olduq. Təbiət gözəlliklərini duymaq üçün dil bilməyə ehtiyac yoxdur. Ona görədir ki, Göygöl Rumıniya, İspaniya və Fransadan olan turistləri öz tilsiminə salmışdı... Bəzən acı bir təbiət hadisəsi də yeni bir gözəlliyin yaranmasına səbəb olur. Məlumdur ki, Göygöl zəlzələ nəticəsində yaranmışdır. Göygölün həmyaşıdı olan dahi Nizami Gəncəvi bu hadisəni "İqbalnamə"sində nəzmə çəkib. Göygölün flora və faunası da başqa yerlərdəki həmcinslərindən fərqlənir. Ümumiyyətlə, bu gölün yaranma səbəbi və bir çox özəllikləri dünya coğrafiyasına nadir faktlardan biri olaraq düşüb. Bu, həm də tarixi hadisədir. Azərbaycan coğrafiyası ilə tarixi bir növ burada həmahəng olub. Azərbaycan tarixinin əlamətdar hadisəsi olaraq bunu dünyaya nümayiş etdirmək lazımdır. Ölkəyə gələn turistlər, bu baxımdan bizim təbliğatçımız ola bilər. Göygöl Milli Parkında ərazinin xəritəsi, ümumi mənzərənin görünüşü ilə bağlı lövhələr var idi. Amma parkda gölün yaranma səbəblərilə bağlı, xüsusən, əcnəbiləri məlumatlandırmaq üçün böyük lövhələr gözümüzə dəymədi. Bu əgər varsa da, istənilən səviyyədə deyil. Göygöl Milli Parkının ərazisində bu hadisə ilə bağlı geniş məlumatlandırıcı lövhələrin olması önəmlidir. Hətta lövhələrdə Nizami Gəncəvi haqqında yazmaq və onun "İqbalnamə"sindən sitat da vermək vacibdir. Çünki buralar həm də Nizami Gəncəvinin vətənidir. Bununla dahi şairimizi də əcnəbi turistlərə tanıtmış olarıq. Hər halda, bu istiqamətdə daha çox işlərin görülməsinə ciddi ehtiyac var. Əslində, bizim təbiətimiz özümüzün də fərqinə varmadan tanıtımımızda əhəmiyyətli rol oynayır. Turizm potensialı deyəndə bu nüans da nəzərə alınır. Sadəcə, bunun üçün əlverişli şərait yaratmaq lazımdır. Göygöldə bu bənzərsiz mənzərədən maksimum yararlanaraq turizmin inkişafına töhfə vermək olar. Əslində, təbiətin bu incisi öz heyrətamiz gözəlliyi ilə insana mənəvi güc verir. 22 iyul Mətbuat Gününü belə bir məkanda qeyd etmək gələcək fəaliyyətimiz üçün bizə yeni nəfəs və motivasiya verdi. Hansı sahədə çalışmağından asılı olmayaraq, buradan aldığı ilham insanı yeni-yeni uğurlara səsləyir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info