Bakıda Beynəlxalq Media Forumu keçirilib
Tarix: 23.07.2018 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu keçirilib.
Forum Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” media qrupu, Azərbaycan-Türkiyə Evi, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə müxtəlif ölkələrdən jurnalistlər, deputatlar, QHT təmsilçiləri iştirak ediblər. Forumda Türkiyəni 40-dan çox jurnalist təmsil edib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov Forumun keçirilməsində əsas məqsədin iki ölkə arasında media əlaqələrinin gücləndirilməsi olduğunu bildirib. O deyib ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir. Bu, tarixi bir zərurətdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Bu, bizim münasibətlərimizi özündə əks etdirən ən böyük şüardır. Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı daha da dərinləşir. Bu, çox vacibdir.
“Təbii ki, media yenilənir, inkişaf edir. Onlayn media, xüsusilə sosial media ayrıca qeyd edilməlidir. Artıq dünyanın ən aparıcı qəzetləri də sosial şəbəkələr üzərindən fəaliyyət göstərirlər. Biz də sosial şəbəkələrdən Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edirik. Lakin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Buna qarşı ciddi addımlar atılır”, - deyə Bəhruz Həsənov bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında media ilə bağlı belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin nümunə olduğunu söyləyib. Eyni dildə danışan kifayət qədər ölkələr var. Amma heç biri bizim kimi bir millət, iki dövlət deyil. Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini vurğulayan səfir Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda, qardaş toplumlara çatdırılmasında medianın rolunun çox böyük olduğunu söyləyib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputat Əflatun Amaşov Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə gəlib çatdığını deyib.
Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb. O bildirib ki, Anadolu Yayımçılar Dərnəyi bundan sonra Azərbaycan mediası ilə sıx çalışacaq.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi olduğunu bildirib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Türkiyə və Azərbaycanın media sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Forum işini panel müzakirələrlə davam etdirib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info