Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dəyərli töhfə
Tarix: 23.07.2018 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyinə və muzeyin qarşıdan gələn 80 illiyinə həsr olunan iki plakat hazırlayıb. Muzeydən bildiriblər ki, plakatlarda Ədəbiyyat Muzeyinin XX əsrin əvvəlləri və müasir dövrə aid görünüşü, bu məkanda keçirilən iclaslar, tarixi görüşlər, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətləri, şair və yazıçılarının şəkillərindən ibarət kollaj əks olunub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi dünyada qədim zamanlardan bu günə qədər bir xalqın ədəbiyyatının keçdiyi inkişaf yolunu əks etdirən yeganə mədəniyyət ocağıdır. Muzeyin binası XIX əsrin ortalarında birmərtəbəli karvansara kimi inşa edilib. 1860-cı ildə Bakı Quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi əsasında binaya ikinci qat əlavə olunub. 1915-ci ildə mülki mühəndis Aleksandr Nikitinin yeni bir layihəsi əsasında isə tikiliyə bir mərtəbə də əlavə olunaraq, bina üçmərtəbəli “Metropol” mehmanxanasına çevrilib. 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Ədəbiyyat Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları muzeyin hazırda “İstiqlal” zalı adlanan tarixi məkanında keçirilib, ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi məkanda qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info