Afrika İttifaqı ölkələri Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
Tarix: 24.07.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib. ASC-dən bildirilib ki, Amani Abu-Zeyd ilə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevin Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayevin iştirakı ilə keçirilən görüşündə qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə geniş məlumat verilib. Eyni zamanda, bu il orbitə buraxılacaq “Azerspace-2” telekommunikasiya peykinin əhatə dairəsi, xüsusilə Afrika qitəsi üzərində güclü siqnala malik olması və “Azərkosmos” üçün Afrika regionunun prioritetliyi da vurğulanıb. Səfər çərçivəsində xanım Abu-Zeyd “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində də olub. Qonağa “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə rabitə və yayım xidmətlərinin göstərilməsi, infrastruktur layihələri, kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə və digər tətbiq sahələrində “Azersky” peyki təsvirlərinin istifadə edilməsinə dair məlumat verilib. Görüşdə xanım Abu-Zeyd Afrika İttifaqı ölkələrində Azərbaycanın kosmik sahədə əldə etdiyi təcrübəni öyrənməkdə maraqlı olduğunu bildirib. Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info