Yeni Suriya planı
Tarix: 24.07.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Vaşinqton Türkiyə və İrana qarşı çoxgedişli siyasi oyun oynayır

“Suriya Demokratik Qüvvələri” tərəfindən “İŞİD”-dən azad edilən Suriyanın şimal-şərq bölgələrinin sakinləri vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidirlər.” “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib. “Suriya münaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçün BMT və tərəfdaşlarımızla birgə çalışmaqda davam edəcəyik. Davamlı nizamlanma bütün suriyalıların, o cümlədən Suriyanın “İŞİD”-dən azad olunmuş şimal-şərq bölgələrinin sakinlərinin tam təmsil edilməsini nəzərdə tutur” - deyə M.Pompeonun bəyanatında bildirilir. Pompeonun bəyanatı Suriyanın Daşiş yaşayış məntəqəsinin “Suriya Demokratik Qüvvələri” tərəfindən azad olunması ilə əlaqədar yayılıb. Əsasən, kürd silahlılarından ibarət “Suriya Demokratik Qüvvələri” ABŞ tərəfindən aktiv dəstəklənir. Bu bəyanatdan sonra İsrail aviasiyası Suriyanın Masyaf şəhərindəki hərbi obyektə zərbə endirib. Bu barədə SANA dövlət milli informasiya agentliyi məlumat yayıb. “Hücumun hədəfi Masyaf şəhərindəki hərbi obyekt olub. Zərbə nəticəsində yalnız maddi ziyan dəyib, insanlar arasında itki qeydə alınmayıb” - deyə məlumatda bildirilir. İsrail ordusu mütəmadi olaraq qonşu Suriyanın ərazisinə zərbələr endirir. İsrail bundan əvvəl iyulun 16-da Suriya ordusunun Neyrabdakı aviabazasına zərbələr endirib, ölən olmayıb. ABŞ-ın bu məsələdə tutduğu mövqe Türkiyə və İranı razı salmır. Vaşinqton Suriya kürdlərindən siyasi məqsədləri çün maksimum dərədə istifadə etməyə çalışır. İsrailin də bu məsələdə öz marağı var. Kürd faktoru Türkiyə və İrana təzyiq etmək üçün Vaşinqtona çox vacibdir. ABŞ bununla həm də İrana qarşı çoxgedişli siyasi oyun oynayır. ABŞ dövlət katibi Mayk Pompeonun Kaliforniyada bir qrup iranlı ilə görüşü də Tehrana qarşı psixoloji təzyiq alətidir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ dövlət katibinin həmin görüşdə səsləndirdiyi fikirləri ölkəsinin daxili məsələlərinə aşkar müdaxilə kimi dəyərləndirib: “Bu çıxış ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından qanunsuz çıxmasından sonra çarəsizliyinin göstəricisidir. ABŞ bu addımı ilə öz məqsədlərinə çata bilmədi, düşünülməmiş addım atdı və dünyadan təcrid olundu”. XİN sözçüsü qeyd edib ki, bu çıxış ABŞ-ın İranın daxili işlərinə müdaxiləsinin aşkar nümunəsidir və bu ölkənin regionda dağıdıcı siyasətinin davamıdır. B.Qasiminin sözlərinə görə, İran xalqı heç vaxt ABŞ-ın illər öncə İranda çevriliş etdiyini və törətdiyi cinayətləri unutmayacaq. Xatırladaq ki, M.Pompeo İran daxilindəki iqtisadi narazılığı artırmaq üçün bildirib ki, hazırda ölkəni idarə edənlər İranın sərvətlərini talan edirlər. O, farsca yayımlanan telekanal açdıqlarını da əlavə edib. Onu da qeyd edək ki, ABŞ bütün müttəfiqlərini bu ilin noyabr ayından İrandan neft alınmasını dayandırmağa çağırıb. ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ İrandan neft alan Rusiya, Çin və digər ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ-ın İran neft sektoruna qarşı sanksiyası noyabrın 4-dən qüvvəyə minir, bu müddətdən sonra İrandan neft alınması sanksiyanın pozulması sayılacaq.
İran ABŞ-ın bu təhdidi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Eyni zamanda Tehran bəyan edib ki, əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünya bazarlarına neft ixracının qarşısını alacaq. Hörmüz boğazı ilə dünyada ixrac edilən neftin 20 faizi daşınır. Xüsusən, Bəhreyn, Qətər və Küveyt neftini yalnız bu boğaz vasitəsilə dünya bazarlarına çıxarır. Hörmüz boğazından keçməklə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq da neftini ixrac edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info