İqtisadi maraqların alətinə çevrilən beynəlxalq QHT-lər və onların hesabatları
Tarix: 19.06.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


“Freedom House” kimi təşkilatların qərəzli hesabatları Azərbaycanın inkişafını, müstəqil siyasətini istəməyən qüvvələrin öz maraqlarını bu yolla reallaşdırmaq istəyi ilə bağlıdır

“Freedom House”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatların kvartalda bir yaydıqları hesabatlar artıq ciddi qəbul edilmir. Həmin təşkilatların obyektivlikdən uzaq olan hesabatlarına qeyri-ciddi münasibət təkcə bizim ölkəmizdə müşahidə olunmur. Dünyanın bir çox ölkəsi həmin təşkilatların hesabatlarının qərəzli hazırlanması ilə bağlı dəfələrlə bəyanatlar səsləndiriblər. Həmin hesabatlarda yer alan faktların yalan və ya təhrif olunması, naməlum və ya qeyri-ciddi mənbələrə istinad etməsi təşkilatların nüfuzuna zərbə olmaqla yanaşı, onların əsl məqsədinin başqa olduğunu sübut edir.

Hesabatı hazırlayanla informator eyni
mənbədən maliyyələşir


Ölkə ilə bağlı hesabat hazırlayan beynəlxalq təşkilat genişmiqyaslı araşdırma aparmalı, bir yox, bir neçə mənbədən informasiyalar almalı, onları yoxlamalı, təhlil etməli, nə dərəcədə obyektiv olduğunu müəyyənləşdirdikdən sonra hesabat təqdim etməlidir. “Freedom House”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar isə bu iş prinsipinə əməl etməyərək bəri başdan obyektiv olmadıqlarını iş üsulları ilə ortaya qoyurlar. Bu təşkilatların informasiya mənbəyi kimi çıxış edən üzdəniraq QHT-lərin hansı maraqlara xidmət etdiyi onsuz da bəllidir. Çünki həmin QHT-lər illərdir Azərbaycan dövlətinin maraqlarının əleyhinə mübarizə apararaq ölkəmiz haqqında yalan məlumatlar yaymaqla məşğuldurlar. Hər kvartalda bir hesabat hazırlayan həmin beynəlxalq təşkilatların hesabatlarının qərəzli olmasını sübut edən əsas faktlardan biri onlar üçün informasiya mənbəyi rolunda çıxış edən QHT-lərin elə onların pulu ilə fəaliyət göstərməsidir. Yəni, həmin beynəlxalq təşkilatlar informasiyaları onların ayırdığı qrantla işləyən QHT-lərdən alırlar. İndi bu hesabatın harası oldu obyektiv? Həmin beynəlxalq qurumları da maliyyələşdirən maliyyə şəbəkəsi haqqında hesabat hazırlanan ölkələrin QHT-lərinə də qrant ayırırlar ki, onlara sərf edən «faktları» əldə etsinlər. Bir növ həmin üzdəniraq QHT-lər qrant aldıqları beynəlxalq təşkilataların ölkəmizdəki «beşinci kolonu» funksiyasını yerinə yetirirlər.

Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına görə ən azı MDB-də öncül
yerlərdən birini tutur


Bu iş üsulu ilə hazırlanan hesabatlardan növbətisini bugünlərdə "Freedom House" təşkilatı yayıb. İndiyə qədər yaydığı hesabatların heç birində obyektivliyə yer ayırmayan, daima qərəzli, obyektivlikdən uzaq olan "Freedom House" indi də "Keçid dövrü ölkələri-2013" adlı hesabat tərtib edib. Hesabatda Azərbaycan da daxil olmaqla, Avrasiya regionunun keçmiş sovet ölkələrində vəziyyət təhlil olunur. Bütünlüklə qərəz donuna bürünmüş hesabatda Azərbaycanla bağlı hissənin obyektivlikdən uzaq olduğu elə ilk cümlələlərdən bəlli olur. Ən əsası ona görə ki, Azərbaycan keçid dövrünü artıq başa vurub və bütün sahələr üçün inkişafın yeni mərhələsi yaşanır. Buna baxmayaraq, "Freedom House" təşkilatının Azərbaycandakı real vəziyyətdən məqsədli şəkildə bixəbər halda hesabat hazırlaması bu təşkilatın müəyyən sifariş yerinə yetirdiyini və insan hüquqları, demokratik dəyərlər, vətəndaş cəmiyyəti kimi təməl dəyərlərdən sui-istifadə etdiyini təsdiqləyir. Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına görə ən azı MDB-də öncül yerlərdən birini tutur. Bu sahədə dövləti necə ittiham etmək olar ki, məhz dövlət özü vətəndaş cəmiyyətinin inkişafında maraqlı olaraq bu sahəyə maliyyə ayrılmasını təmin edən şura yaradıb və həmin şura vasitəsilə vətəndəş cəmiyyəti institutlarının yaradılmasını, inkişaf etməsini stimullaşdırır. Bu gün "Freedom House" təşkilatının ən aşağı reytinq verdiyi ölkəmizdə cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları tətbiq edilir. Elə bugünlərdə parlamentdə "İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Görəsən, "Freedom House" təşkilatının, rəhbərliyinin, ekspertlərinin və onlara yalançı informasiya ötürən QHT-lərin bundan xəbəri varmı? Əlbəttə ki, var, amma bunu etiraf etmək, bütün dünyaya hesabat kimi yaymaq onların, daha doğrusu, onlara maliyyə yardımı ayıran, bu cür qərəzli hesabat hazırlanmasını sifariş edən dairələrin maraqlarına uyğun gəlmir.

Həmin beynəlxalq təşkilatları real vəziyyət maraqlandırmır

Belə görünür ki, həmin beynəlxalq təşkilatları Azərbaycandakı gerçək vəziyyət maraqlandırmır. Onlar bəribaşdan Azərbaycanla bağlı qərəzli mövqedədirlər və real vəziyyətin necə olmasından asılı olmayaraq hesabatın rəngini «qara» edəcəklər. Çünki pulu verən, sifarişi verən belə istəyir. Belə olmasaydı, utanmadan Azərbaycanı Belarus, Türkmənistan, Özbəkistan və Tacikistanla eyni sırada ən aşağı reytinqli ölkələrin arasına daxil etməzdilər. Bu cür hesabatlar bizim üçün artıq bəlli olan bir gerçəyi növbəti dəfə təsdiqləyir ki, bir qrup beynəlxalq QHT Azərbaycana qarşı təbliğat aparır, ölkəmizlə bağlı qərəzli məlumatlar yaymaqla məşğuldurlar. Bunun səbəbi isə Azərbaycanın inkişafını, müstəqil siyasət həyata keçirməsini istəməyən qüvvələrin öz maraqlarını bu yolla reallaşdırmaq istəyi ilə bağlıdır. Təəssüf ki, "Freedom House" kimi təşkilatlar obyektivlikdən uzaq dayanaraq qərəzli hesabatlar yayır, maraqlı dairələrin sifarişlərini yerinə yetirir, demokratiya, insan hüquqları kimi təməl dəyərlərdən istifadə edərək iqtisadi maraqlar naminə hansısa qurumların alətinə çevrilirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info