“Milli şura”da torpaqlarımızın işğalında rolu olan insanlar toplaşıb”
Tarix: 19.06.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


“Azərbaycan xalqı Allah naminə birləşmədi, Vətən naminə birləşsin”.
Bunu 19 iyunda keçirdiyi mətbuat konfransında “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül bildirib.

Hacı Əbdül hər kəsi Vətən naminə birliyə çağırdığını bəyan edib: “Bu gün prezident seçkiləri ilə bağlı tədbirlər keçirir, namizədlərini müəyyənləşdirirlər. Biz onların heç birinə qarşı çıxmırıq. Biz xalqına bağlı nümayəndələri birləşməyə çağırırıq. Biz “Vətən Naminə” Birliyi yaradırıq. “Vətən Naminə” Birliyi bu gündən elan olunur və bu gündən fəaliyyətə başlayır”.
Hacı Əbdül “milli şura”ya da münasibət bildirib: “Milli şura”da vətənpərvər insanlar da var, eyni zamanda torpaqlarımızın işğalında rolu olan insanlar da. İnanmıram ki, qarmaqarışıq vəziyyətdə olan “milli şura” ağıllı-başlı fəaliyyət göstərsin. Orada başqa dövlətlərə xidmət edənlər də var. “Milli şura”dakı vətənpərvər insanların da “Vətən Naminə” Birliyində iştirak etməsini istərdik. Bizim əsas məqsədimiz torpaqlarımızın azad edilməsinə nail olmaqdır”. Hacı Əbdül iqtidarın da, müxalifətin də siyasəti ilə razılaşmadığını bildirib: “Ancaq bu, o demək deyil ki, öz namizədimizi irəli sürəcəyik. Biz iqtidarla ona görə razı deyilik ki, iqtidardakı bəzi məmurlardan narazıyıq.
Müxalifətdəki bəzi şəxslər isə bir dəfə hakimiyyətdə olub, hakimiyyətdə olan dövrdə etdikləri hərəkəti xalq indi də yaddan çıxarmayıb”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info