Əfsanəvi Ciu-Citsu ustası Roys Qreysi Bakıda
Tarix: 24.07.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


“Qodzilla” qrupun rəhbəri Emil Əmiraslanovun təşkilatçılığı ilə Roys Qreysi Bakıya gəlib.
Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti Aqil Acalov, Avrasiya Kombat Ciu-Citsu federasiyasının birinci vitse prezidenti, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Daxili İşlər Nazirliyinin İdman cəmiyyətinin əlbəyaxa döyüş mərkəzinin baş məşqçisi, 5-ci dan qara kəmərin sahibi Rəsul Məmmədov, Brazilya Ciu-Citsu (İB) klubunun sədri Taleh Həsənov və digər qonaqlarla birlikdə ilk öncə fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daha sonra Fairmont otelde baş tutan press konfransda promoşun qrupun rəhbəri Emil Əmiraslanov jurnalistlərə Roys Qreysinin Bakıya gəlməsindən təşkilatı məsələlərdən danışdı. Əfsanəvi idmançı Roys Qreysi juranlistlərə Bakıdan məmnun qaldığını bildirib. O, daha sonra UFC (“Ultimate Fighting Championship”in) döyüşləri ilə özünün yarışdığı 90-cı illərdəki UFC (“Ultimate Fighting Championship”in) yarışlarını müqayisə edərək bildirdi ki ,
“Bizim vaxtımızda döyüşlərdə, demək olar ki, qaydalar mövcud deyildi. Bu baxımdan, döyüşdə özümüzü daha sərbəst hiss edirdik. İndi isə UFC döyüşlərinə müəyyən qaydalar salınıb”.
Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti Aqil Acalov Azərbaycanda və Avrasiya kontengetində ciu-citsu və kombat ciu-citsu döyüş sənətinin inkişafından bəhs etdi. Avrasiya Kombat Ciu-Citsu federasiyasın birinci vitse prezidenti Rəsul Məmmədov ciu-citsu döyüş sənəti üzrə danışdı.
“Qodzilla” promoşun qrup, Avrasiya Kombat Ciu-Citsu federasiyası və Brazilya Ciu-Citsu (İB) təşkilatçılığı ilə seminar təşkil olundu.Seminarda Avrasiya Kombat Ciu-Citsu federasiyasının və Brazilya Ciu-Citsu (İB) idmançıları və məşqçiləri qatıldı.
Rəsul Məmmədov və Taleh Həsənovun assistentliyi ilə əfsanəvi ciu-citsu ustası Roys Qreysi seminar keçdi. Seminarda əfsanəvi döyüşçü ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışdı və daha sonra isə müxtəlif döyüş fəndləri göstərdi.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info