DGK-nin əməkdaşına Ümümdünya Gömrük Təşkilatında mühüm səlahiyyət verilib
Tarix: 24.07.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) Ümümdünya Gömrük Təşkilatındakı (ÜGT) nümayəndəsi Daşqın Əliyev növbəti maliyyə ili müddətində təşkilatın Baş katibi tərəfindən Avropa Regional İnkişaf Meneceri, eyni zamanda Eurocustoms və Alman Gömrük Əməkdaşlıq fondları üzrə icraçı menecer təyin olunub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, idarəçiliyin asanlaşdırılması və əməkdaşlığın daha səmərəli təşkili baxımından ÜGT öz işini 182 üzv ölkələrin bölündüyü 6 region üzrə təşkil edir ki, bunlardan ən böyüyü Avropa Regionu olmaqla 52 dövləti özündə birləşdirir. Qeyd olunan regionlarda həmçinin ÜGT-nin müxtəlif regional struktur təsisatları da fəaliyyət göstərir.

ÜGT-nin Baş Katibliyində qeyd olunan hər bir region üzrə bir Regional İnkişaf Meneceri təyin olunur. Regional İnkişaf Menecerinin əsas vəzifəsi region ölkələri ilə sıx əməkdaşlıq edərək gömrük işi sahəsində potensialın gücləndirilməsinə dəstək təşəbbüslərinin koordinasiya və idarə edilməsi, o cümlədən ÜGT-nin müvafiq regional təsisatlarının səmərəli fəaliyyəti üçün əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsidir.

ÜGT-nin bütün üzvlərinə şamil olunan Eurocustoms və ÜGT-nin Avropa Regionu ölkələrini əhatə edən Alman Gömrük Əməkdaşlıq maliyyə fondları üzrə icraçı menecerin səlahiyyətlərinə bu fondlardan bəhrələnmək hüququ olan üzv ölkələrdə potensialın gücləndirilməsi üzrə tədbirlərin maliyyələşməsi işini koordinasiya edərək müvafiq vəsaitin ayrılması və onun icrasına nəzarət daxildir.
Xatırladaq ki, hazırda Azərbaycan ÜGT-nin 3 regional qurumuna ev sahibliyi edən yeganə üzv dövlətdir. Belə ki, təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Regional Tədris Mərkəzi və Regional Kinoloji Təlim Mərkəzi ölkəmizdə fəaliyyət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info