Qətərli jurnalistlər Mətbuat Şurasında olublar
Tarix: 24.07.2018 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Bu gün Qətər Əmirliyinin Azərbaycanda səfərdə olan bir qrup jurnalisti və blogeri Azərbaycan Mətbuat Şurasında olub. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açıb. Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalist axınının olduğunu vurğulayan MŞ sədri bunun ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərinə diqqət yetirib. O, qətərli jurnalistlərin Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminliyini ifadə edib.

Ə.Amaşov həmçinin bildirib ki, Qətər nəinki müsəlman aləmində, eləcə də dünyada qabaqcıl media ənənələrinə malik ölkədir. Buna görə də əmirliyin təcrübəsinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət daşımaqdadır. Ə.Amaşov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai ilə ötən ilin iyulunda keçirdiyi görüşün bu baxımdan səmərəli nəticələr üçün nikbinlik yaratdığını dilə gətirib.

Azərbaycanda internet medianın sürətlə inkişaf etdiyini vurğulayan MŞ sədri onu da bildirib ki, ölkədə sosial şəbəkə istifadəçilərinin sayı artmaqdadır. Bu isə vətəndaş jurnalistikasının inkişafına təkan verən mühüm faktordur.

MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, Jurnalistlərin Həmkarlar İttiqafının sədri Müşfiq Ələsgərlinin, Şuranın İdarə Heyətinin üzvləri - «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızının, «milli.az» xəbər portalının baş redaktoru Anar İmanovun, həmçinin Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlunun iştirak etdiyi görüşdə qətərli jurnalist və blogerlərin sualları cavablandırılıb, Azərbaycanda söz və ifadə azadlığının, jurnalistika sahəsində təhsilin vəziyyəti, kütləvi informasiya vasitələrinin yaradıcılıq xüsusiyyətləri, maddi durumu ətrafında fikir mübadiləsi aparılıb, dünya mediası ilə oxşar və fərqli cəhətlər nəzərdən keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info