“Fransa səfərinin yekunları Azərbaycanın dünyadakı siyasi çəkisinin göstəricisidir”
Tarix: 24.07.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətin xarici siyasətinin yönəldiyi istiqamətlərdən biri Avropa İttifaqına daxil olan ölkələrlə sıx əlaqələrin qurulması idi. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya etmişdi. Çünki erməni lobbisinin Avropada ən güclü olduğu bir dövlətlə yaxınlaşma siyasəti zamanın tələbi idi. Fransa həm də siyasi, iqtisadi və hərbi baxımdan Avropanın iki ən güclü dövlətindən biridir. Prezident İlham Əliyev də hakimiyyətinin ilk illərindən Fransa ilə münasibətləri davam etdirdi və son səfər də göstərdi ki, ikitərəfli əlaqələrimiz artıq ən yüksək səviyyədədir”. Bu fikirləri SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
O bildirib ki, Azərbaycanla-Fransa arasında siyasi sahədə münasibətlər qarşılıqlı etibara, etimada, inama əsaslanır: “Eyni zamanda gündən-günə güclənən iqtisadi əlaqələrimiz siyasi əməkdaşlığın möhkəm olması üçün zəmin yaradır. Bilirsiniz ki, ideoloji prinsiplərin xarici əlaqələrdə rol oynadığı dönəmlər arxada, 20-ci əsrdə qaldı. Yeni minilliyin başlanğıcından dövlətlərin iqtisadi maraqları münasibətlərdə birinci dərəcəli rol oynayır. Prezident İlham Əliyev müasir dünyada gedən siyasi-iqtisadi prosesləri mükəmməl bildiyindən, beynəlxalq münasibətlərimizdə problemlərimiz yox dərəcəsindədir. Təsadüfi deyil ki, Prezident Fransaya səfəri çərçivəsində bu dövlətin 11 aparıcı şirkətinin rəhbərləri ilə səmərəli görüşlər keçirtdi. Bu şirkətlər nəinki Fransanın və Avropanın, hətta dünyanın ən nəhəng şirkətləri sırasında yer alırlar. Onlardan “Airbus”, “Total”, “IVECO France” və s.ilə xeyli müddətdir ki, əməkdaşlıq edirik. Kosmik sənayemiz, yanacaq-energetika sahəsi bu şirkətlərlə bağlıdır. Nəqliyyat sahəsindəki əlaqələr, o cümlədən paytaxtımızdakı son model sərnişin avtobusları Azərbaycanın infrastrukturundakı müasirləşmədə həlledici rol oynayır”.
N. Əliyev söyləyib ki, Prezidentin Fransaya səfəri zamanı “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə Azərbaycan-Fransa hərbi-texniki əməkdaşlığının müzakirə edilməsi və bu sahədə yaxşı imkanların olduğunun qeyd edilməsi də vacib məqamlardan biridir: “Fransa silah sənayesi sahəsində öndə gedən dövlətlərdən biridir. Bu baxımdan hərbi-texniki əlaqələrin güclənməsi bizə yalnız fayda verə bilər
Fransa ilə mədəni əlaqələrimiz də ən yüksək səviyyədədir və bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Parisin mərkəzində, Eyfel qülləsinin yaxınlığında Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Yüz illərdir ki, Fransada məskunlaşan ermənilərin bu möhtəşəmlikdə mərkəzləri yoxdur. Hətta bu yaxınlarda az qalırdılar ki, vəsait çatışmazlığından mədəniyyət mərkəzlərini bağlasınlar”.
Baş redaktor vurğulayıb ki, bir neçə gün ərzində İtaliya Prezidentinin Bakıya gəlişi, ardınca İlham Əliyevin Fransa səfəri, bu dövlətin Prezidenti Makronla görüşü və bütövlükdə səfərin nəticələri Azərbaycanın dünyadakı siyasi və iqtisadi çəkisinin göstəricisidir.

Müəllif: Nailə Məhərrəmova




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info