Müasir günəş panelləri ixrac edəcəyik
Tarix: 24.07.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Azərbaycan beynəlxalq bazara daha müasir günəş panelləri ixrac etməyə hazırlaşır.
Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib. C.Məlikovun sözlərinə görə, artıq müasir günəş panellərinin istehsal olunduğunu nəzərə alsaq, beynəlxalq bazara köhnə tip panelləri tədarük etməyin mənası yoxdur, çünki onları heç kim almayacaq:
"Buna görə də günəş batareyalarının ixracı məsələlərində irəli getmək üçün bizə ilk növbədə yeni texnologiyaları tətbiq etmək, müasir və yüksək effektli günəş panellərinin istehsalını mənimsəmək lazımdır. Yalnız bundan sonra qonşu və digər ölkələrin bazarlarına çıxmaq olar".
Agentliyin sədr müavini qeyd edib ki, hazırda gündəlikdə "Azgüntex" şirkətinin günəş panelləri zavodunun modernləşdirilməsi məsələsi dayanır:
"Bu istiqamətdə işlərin başa çatacağı müddəti demək hələ mümkün deyil. Belə ki, hazırda müqavilələrin müzakirəsi gedir və bu işə tələb olunan məbləğ müəyyən edilir. Texnologiyaların tədarükçüsü ilə razılığa gəlmək, kommersiya şərtlərini müəyyənləşdirmək və bundan çıxış edərək zəruri avadanlığın tədarükünü həyata keçirmək lazımdır".
Bundan əvvəl bildirilirdi ki, istehsalatın modernləşdirilməsi panellərin enerji gücünü 250-dən 330 Vt-a artırmağa imkan verəcək. Bu işlər ilkin olaraq 150-200 min avro məbləğində dəyərləndirilir. Modernləşdirmədən sonra zavodun illik gücü 25-dən 60-65 MVt-a çatacaq.
Xatırladaq ki, "Azgüntex" zavodu 2012-ci ilin aprelindən fəaliyyət göstərir. Burada istehsal olunan günəş panellərinin istismar müddəti 30-40 il təşkil edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info