İqtisadiyyat Nazirliyinin AXC-nin 100 illiyi ilə bağlı keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
Tarix: 24.07.2018 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasında "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda keçirdiyi müsabiqənin nəticələri açıqlanıb. Nazirlik rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu il yaranmasının 100-cü ildönümünü qeyd olunan və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşasa da, milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını deyib. Bildirib ki, Cümhuriyyət dövründə milli ordu quruculuğu, maarif və mədəniyyət, xaricdə təhsil sahələrində, eləcə də ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm işlər görülüb. Belə ki, o dövrdə neft sənayesi ağır vəziyyətdən çıxarılıb, bir çox infrastruktur layihələri reallaşdırılıb, milli pul nişanları tədavülə buraxılıb, Xəzərdə dəniz gəmiçiliyi inkişaf etdirilib, Azərbaycan Dövlət Bankı yaradılıb və s. Qeyd olunub ki, Cümhuriyyət dövründə başlanılan, amma başa çatdırılmayan bir çox işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası tərəfindən həyata keçirilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. Dayanıqlı və davamlı inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, dünya miqyasında əhəmiyyətli tranzit mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. Niyazi Səfərov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlət başçısının tariximizə göstərdiyi böyük diqqətin göstəricisi olduğunu vurğulayıb. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak etdiyini bildirib, iştirakçıları təbrik edərək, müsabiqənin təşkilinə görə İqtisadiyyat Nazirliyinə təşəkkür edib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, KİV-nümayəndələri arasında belə müsabiqələrin təşkilinin önəmini qeyd edib. İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin əvvəllərində fəaliyyət göstərən demokratikyönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər. Bildirilib ki, İqtisadiyyat Nazirliyi Cümhuriyyət dövrünün iqtisadiyyatına bir daha nəzərə salmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında müsabiqə elan edib. Müsabiqəyə ümumilikdə 85 məqalə təqdim edilib. Bütün materiallar İqtisadiyyat Nazirliyində yaradılmış komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Qaliblər arasında “Palitra”nın da əməkdaşları da var. Müsabiqənin digər iştirakçılarına da diplom və hədiyyələr verilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info