Gürcü qonaqlar “Loqos”da
Tarix: 24.07.2018 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi, “Loqos” Psixoloji və Nitq inkişaf mərkəzinin “NGO civil form international” proqramı ilə əməkdaşlığı çərçivəsində Gürcüstandan “Loqos”a dəvət edilən iştirakçılarla görüş keçirilib. 
Keçirilən görüşdə “Loqos” un rəhbəri Təranə Məmmədova, şöbə rəhbərləri Leyla Kərimova, Günel Axundova və Kamran Məmmədov iştirak ediblər. Təranə Məmmədova qonaqları salamlayıb və onlara “Loqos” haqqında geniş məlumat verib. Natiq Gürcüstan və Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. 
Daha sonra iştirakçılar Azərbaycan mətbəxinə qonaq ediliblər və onlara milli dəyərlərimizi ehtiva edən hədiyyələr, mətbəx nümunələrimiz təqdim edilib. 
Görüşdən sonra qonaqlar “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı olublar. Qonaqları qarşılayan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova mərkəz haqqında geniş məlumat verib. Ölkəmizdə aparılan uğurlu gənclər siyasəti haqqında məlumat verən S.Süleymanova İdarənin bu sahədə həyata keçirdiyi layihələri təqdim edib. Sonra mərkəzi gəzən qonaqlar mərkəzdə gənclər üçün yaradılan şərait ilə yaxından tanış olublar. O cümlədən, qonaqlar öz təşkilatları və həyata keçirdikləri layihələr haqqında təqdimat ediblər. 
Mərkəzlə tanışlıqdan sonra qonaqlar şəhərə ekskursiya ediblər. 
İki günlük səfər qonaqlarda xoş əhval – ruhiyyə yaradıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info