İsrail səfiri Balakənin istehsal müəssisələri ilə tanış olub
Tarix: 24.07.2018 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində iyulun 24-də Balakən rayonunda olub.
Rayon icra hakimiyyətində keçirilən görüşdə qonağa Balakən rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, həmçinin kənd təsərrüfatının inkişaf perspektivləri və gənclər sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Səfir Dan Stav səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfərinin bu bölgə ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Balakənə səfəri çərçivəsində israilli diplomat sonra XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə Məscidini ziyarət edib. Səfir, həmçinin 2 saylı Balakən regional “ABAD Mərkəzi” ilə yaxından tanış olub, “Balacans” MMC-nin konserv məhsulları istehsalı müəssisəsinə, yem zavoduna baş çəkib, “Balxurma” MMC-nin Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsində istehsal prosesi ilə maraqlanıb, yerli sahibkarlarla söhbət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info