Xaricdəki ağalarının dili ilə danışanlar...
Tarix: 25.07.2018 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Öz xalqını, dövlətini satan adamlardan müvəqqəti istifadə edib, sonda tarixin zibilliyinə atıblar

Azərbaycanın Milli Mətbuat Günündə ölkə ictimaiyyəti, ziyalılar, bütün cəmiyyət bu çətin peşə sahiblərini təbrik etdilər, dövlət də jurnalistlərə, KİV nümayəndələrinə daim diqqətlə yanaşdığını əməli tədbirlərlə bir daha göstərdi. Amma bir zümrənin nümayəndələri də var ki, nəinki jurnalistikaya, bütövlükdə mediaya çamur atır, bütün sahələrə, cəmiyyətin bütün təbəqələrinə ləkə yaxırlar. Təbii ki, bunlar müxalif qüvvələrdirlər. Xüsusən də son bir ildə xaricdə oturaraq oradan öz xalqına “ağıl verməyə” çalışan bir qrup var ki, onlar bu gün də öz əməlləri ilə insanlarda ikrah hissi oyadırlar. Məhz Milli Mətbuat Günündə xaricdə yaşayan Tural Sadıqlı ilə Orduxan Teymurxan adlı “iaşə müxalifəti”nin nümayəndələri öz amplualarında olaraq medianın bostanına daş atmağa çalışdılar. Onların videoçıxışlarında özlərini, az qala, müasir dövrün “qəhrəman jurnalistləri”, “blogerləri” kimi təqdim etmələri isə, doğrudan da gülünc doğurur. Özlərinə “xalqın səsi” deyən bu adamlar, əslində, xalqın nəinki səsidirlər, xalqın adını batıran üz qaralarıdırlar... Avropada küçələrə çıxaraq söyüşlərlə aksiyalar təşkil edən bu adamlar və onlara qoşulanlar, dəstəkləyənlər, əslində, xaricdəki ağalarının səsidirlər. Bu bir həqiqətdir ki, onların çirkin kampaniyaları artıq nisbətən səngiyib. Çünki bütün bunlar seçkilərə hesablanmış və xaricdəki antiazərbaycan dairələr tərəfindən verilən tapşırıqlara uyğun atılan addımlar idi. Özlərini “müstəqil bloger, jurnalist” və s. adlandıran bu adamların indi niyə aktivliyi təmin edilmir? Sadəcə, müəyyən müddətə onlardan istifadə edib, kənara atdılar. İndi bu şəxslər elə vəziyyətə gəlib çıxıblar ki, insanlardan ianə toplamaq kimi yalvarışlarla gündəmə gəlirlər. Hətta iş o yerə çatdı ki, ağalarının ayırdığı vəsaitlər tükənəndə başqa mənbələrdən pul axtarışına çıxan bu qüvvələr öz aralarında da dava, intriqalarla şəxsi münasibətləri korladılar. Adamlar bir-birlərinə “qrant yeyən, agent” və s. bu kimi şəbədələr yaxdılar. Yəni bütün bunları ona görə xatırlatdıq ki, öz əməlləri, fəaliyyətləri, əqidələri təmiz olmayanlar bu gün durub Azərbaycan jurnalistikasına, media nümayəndələrinə dərs deməyə, ağıl öyrətməyə çalışırlar. Əslində, öz fəaliyyətləri ilə Orduxan kimilər onu göstərdilər ki, onlar blogerlik fəaliyyətində ən son adamlar sayılırlar. Heç bir etik normalara sığmayan ifadələr, hərəkətlərlə , ümumilikdə, dövlətçiliyə qarşı mübarizə aparmaq şərəfli jurnalistika, blogerlikdirmi? Heç bugünkü Avropa dəyələri belə, bunu qəbul etmir ki, kiminsə şəxsiyyətini təhqir edəsən... Uzun sözün qısası, xaricdəki ağalarının “səsi” olan bu adamlar bir daha hər şeyə qara eynəklə baxdıqlarını göstərdilər, milli mətbuatımızı isə bəyənməmələri təbii haldır. Bir halda ki, bütün dəyərləri tapdalayaraq fəaliyyət göstərən adamlar hər şeyə qara yaxırlar, mətbuatımızı da özlərinə layiq sözlərlə aşağılamağa çalışacaqdılar. Amma unutmamalıdırlar ki, xaricdəki ağalarına qulluq edən bu adamların bir gün elə öz ağaları tərəfindən səsləri batırılacaq. Çünki həmişə öz xalqını, millətini, dövlətini satan adamlardan müvəqqəti istifadə edib, sonda ən etibarsız fiqur kimi tarixin zibilliyinə tullayıblar. Xalqını satan xaricdəki ağasını satmayacaqmı? Bunu o “ağalar” da gözəl bilirlər...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info