Yunanıstan hökuməti meşə yanğınlarından zərər çəkən insanlara yardım üçün 20 milyon avro ayırıb
Tarix: 25.07.2018 | Saat: 06:32:00 | E-mail | Çapa göndər



Yunanıstan hökuməti ölkədə meşə yanğınlarından zərər çəkən insanlara yardım üçün 20 milyon avro ayırıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Dimitris Tzanakopulos məlumat verib. O bildirib ki, Baş nazir Aleksis Tsiprasın sədrliyi ilə keçirilmiş iclasda bələdiyyələrin və onların yanğından zərər çəkmiş əhalisinin bilavasitə tələbatının ödənilməsi məqsədilə 20 milyon avro Maliyyə Nazirliyinin fondlarından Daxili İşlər Nazirliyinin xüsusi hesabına köçürüləcək. İclasda, həmçinin ziyan dəymiş bölgələrin effektiv müdafiəsi məqsədilə polis, yanğınsöndürən və hərbçilərdən ibarət birgə patrul dəstələrinin yaradılması barədə qərar qəbul olunub.
Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 74-ə çatıb, habelə 187 nəfər xəsarət alıb. Onlardan 23-ü uşaqdır. İyulun əvvəlindən bəri Yunanıstanda havalar çox isti keçir. Son günlər isə temperatur 40 dərəcəyədək yüksəlib. Bazar günü Afina ətrafında (eləcə də Kineta şəhərində, şərqi Attikada və Kalamos şəhərində) eyni vaxtda bir neçə yanğın mənbəyi meydana gəlib. Habelə Peloponnes yarımadasında Korinfiyada və Krit adasında Xanya şəhəri yaxınlığında meşə yanğınları baş verib, lakin bu yanğınlar yaşayış məntəqələri üçün təhlükəli deyil.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info