Alimlər südün təhlükəsizliyinin mikrobioloji göstəricilərini öyrənəcəklər
Tarix: 25.07.2018 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


AMEA-nın Mikrobiologiya İnstitutunun su mikrobiologiyasi laboratoriyasi Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təsis etdiyi “Elm-təhsil inteqrasiyası” qrant müsabiqəsində “Azərbaycanın regionlarında istehsal olunan südün mikrobioloji təhlükəsizliyi prinsipləri” layihəsi ilə qalib olub. Məlumdur ki, süd bir çox mikroorqanizmlərin çoxalması və yaşaması üçün əlverişli mühitdir. Buna görə də bir çox hallarda istehlakçılarda qida zəhərlənmələrinin və infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar südün sanitar vəziyyətinin və texnoloji xüsusiyyətlərinin etibarlı göstəricisi kimi ümumi bakterioloji səviyyənin yoxlanılması xüsusilə zəruridir. Xam süddə salmonella, xəstəliktörədən kokklar və enterekokkların yayılma dərəcəsinin öyrənilməsi xüsusi diqqət tələb edir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatların əsas məqsədi regionlarda südün təhlükəsizliyinin mikrobioloji göstəricilərinin öyrənilməsidir. Tədqiqatların aparılması üçün süd nümunələri Quba-Xaçmaz, Şəki-Zaqatala, Aran, Gəncə Qazax və Lənkəran iqtisadi rayonlarından götürüləcək.Tədqiq olunan süd nümunələrində göbələk və bakteriya kulturaları ayrılacaq, südün mikroorqanizmlərlə çirklənmə dərəcəsi təyin ediləcək, süd nümunələrində bəzi zəhərli bakteriyaların yayılma səviyyəsi və südün mikrobioloji təhlükəsizliyinə təsir göstərən amillər müəyyənləşdiriləcək. Layihənin dəyəri 35 min manatdır və 12 ay müddətində həyata keçiriləcək.
Qarşıya qoyulan məsələlərin öyrənilməsi süd xammalının keyfiyyətinin artırılması, ondan alınan süd məhsullarının əmtəə-texnoloji qiymətləndirilməsinin nəzəri və praktiki nöqteyi-nəzərdən işlənməsi üçün böyük əhəmiyyət kəsb edən metodiki yanaşmalar verəcək. Tədqiqat işinin elmi əhəmiyyəti ölkəmizin ticarət əlaqələrinin daha da genişləndirilməsinə, istehsalın iqtisadi səmərəliliyinin inkişafına kömək edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info