Fələstin səfiri Naxçıvanda
Tarix: 19.06.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də oldu.
Rəsmi qəbul zamanı universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov Azərbaycan-Fələstin siyasi-iqtisadi, mədəni əlaqələrin inkişafından bəhs etdi. Azərbaycanda elm və təhsilin tərəqqisindən, dünya elm, təhsil sisteminə inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətindən danışan rektor Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında məlumat verdi. Qeyd olundu ki, dünyanın 76 tanınmış universiteti ilə tərəfdaşlıq edən ali məktəbdə hazırda 11 fakültədə 52 ixtisas üzrə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitetdə Şərq ölkələrinin ali təhsil müəssisələri ilə tərəfdaşlığa, Şərq dillərinin tədrisinə üstünlük verilir. Fələstinin səfiri Nasir Əbdül Kərim Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşdü, təmsil etdiyi ölkənin Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirdi. Görüş zamanı universitetlərarası əməkdaşlıq məsələləri, təcrübə və tələbə mübadilələrinin təşkili müzakirə olundu. Fələstinli diplomat Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya kommunikasiya vasitələri ilə təchiz olunmuş linqvistika auditoriyalarında, Tərcümə Tədris Mərkəzində, Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində, “Diplomatiya” kabinəsində oldu, elektron test üsulu ilə keçirilən semestr imtahanlarının gedişi ilə, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tədris binasındakı müasir laboratoriyalarda yaradılan şəraitlə tanış oldu.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info