Çində tələbələrimizin yay məktəbi təşkil olunub
Tarix: 25.07.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində Çin dili kurslarında oxuyan azərbaycanlı dinləyicilər üçün yay məktəbi təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə azərbaycanlı gənclər Çin dilinə dair biliklərini təkmilləşdirirlər. Onlar, həmçinin Çinin tarixi və mədəniyyətini öyrənir, kalliqrafiya incəsənətinə, “Uşu” gimnastikasına, bu ölkənin kulinariyasına, ənənəvi çay mərasiminə həsr olunmuş ustad dərslərində iştirak edirlər.
Yay məktəbinin dinləyiciləri Böyük İpək Yolu üzərində yerləşən, tolerant ölkə kimi tanınan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin gənclərinə çatdırmaq məqsədilə tədbir keçiriblər. Tədbir çərçivəsində Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun Prezident İlham Əliyevin 2003-2017-ci illərdə ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönələn çoxplanlı fəaliyyətinə həsr olunmuş “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25 illiyi” (Çin dilində) kitabının təqdimatı keçirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Tramp G20 sammitində Putinlə görüşəcəyini təsdiq edib
20.06.2019
Burkina-Fasoda silhalılar 17 nəfəri qətlə yetiriblər
20.06.2019
Avropada PKK əməliyyatı keçirildi
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info