Kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var
Tarix: 25.07.2018 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


“Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var”. Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, bu gün Azərbaycanda 80 minə yaxın kənd təsərrüfatı texnikası var:
“Lakin bu texnikanı düzgün idarə edəcək kadrlar çatışmır. Bəzi insanlar sürücülük vəsiqəsi olmadan bu nəqliyyat vasitələrini idarə edirlər və xəbər yayılır ki, traktor aşıb, neçə nəfər dünyasını dəyişib. Bu, peşəkar kadrların olmamasından, kənd təsərrüfatı texnikasının düzgün idarə edilməməsindən irəli gəlir”.
Ə.Hüseynov bildirib ki, digər problemlərdən biri də kənd təsərrüfatı texnikasına vaxtında texniki qulluğun edilməməsidir: “Bu il kombaynın yanması, aşması ilə bağlı faktlar qeydə alınıb. Bütün bunlar qeyri-peşəkarlıqdan irəli gəlir. Ona görə də bu sahədə kadrların hazırlanmasına ehtiyac var”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub
20.09.2019
Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info